Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fərid Səfərli İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb - BİRGƏ MƏLUMAT

Fərid Səfərli İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb - BİRGƏ MƏLUMAT

Fərid Səfərli İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb - BİRGƏ MƏLUMAT
2025-01-20 , 19:57

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.

Yenilik.az xəbərt verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.
Bildirilir ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
"Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir", - məlumatda qeyd olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.