Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib

Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib

Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
2025-02-06 , 21:59

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Paşa Travel” MMC (VÖEN-1405688721) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, “Paşa Travel” MMC fevral ayının 4-də H. Əliyev Sarayında görkəmli bəstəkar, müğənni və ictimai xadim Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan yubiley gecəsini təşkil edib və qarşılığında 195 min 996 manat 30 qəpik alıb.
Qeyd edək ki,  17 yanvar 2003-cü il tarixində dövlət qeydiyyatına alınan “Paşa Travel” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər pr., ev 151-də yerləşir. Qanuni təmsilçisi Əsgərov Bəhruz Fikrət oğlu olan MMC-nin nizamnamə kapitalı 250 min 50 manat təşkil edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.