Azərbaycanda yığılan “Cobalt” niyə ucuzlaşıb? - AÇIQLAMA

Hacıqabulda sənaye məhəlləsində yığılan “Chevrolet Cobalt” avtomobillərinin 20% ucuzlaşması müzakirə yaradıb. Belə ki hazırda 19 900 manata endirilən avtomobillərin ucuzlaşmasının səbəbinin Çin istehsalı olan “BYD” markalı avtomobillərə tələbatın artmasından qaynaqlandığı bildirilir.
Satışı həyata keçirən “Azərmaş” ASC-nin Satış şöbəsindən isə Pravda.az-a verilən açıqlamada isə deyilib ki, endirim şirkətin hazırda həyata keçirdiyi yaz-yay kampaniyası ilə əlaqədardır: “Bir müddət sonra qiymətlər yenidən bərpa olunacaq. Ötən il də bu kampaniya baş tutmuşdu. Avtomobilin satış qiyməti həmişə 25 min manat olub”.
OXŞAR XƏBƏRLƏR