Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qaradağda bələdiyyə sədrinin yalanı belə ifşa edildi (VİDEO)

Qaradağda bələdiyyə sədrinin yalanı belə ifşa edildi (VİDEO)

Qaradağda bələdiyyə sədrinin yalanı belə ifşa edildi (VİDEO)
2025-04-25 , 14:06

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbə Bələdiyyəsi gölü torpaqla dolduraraq ərazisini qanunsuz formada vətəndaşlara satıb.

Tribunainfo.az xəbər verir ki,həmin ərazilərdə tikilən evlərin əksəriyyəti hazırda su altında qalıb.
Ötən həftə yağan güclü yağışlar bəzi ərazilərdə evlərin su altında qalmasına səbəb olub.
Amma Lökbatanda göl ətrafında tikilən evlərin su altında qalmasının günahkarı təbiət deyil. Çünki bu ərazidə qanunsuz aparılan tikinti nəticəsində həddindən artıq qum ilə doldurulan göl daşmağa başlayır.
Əgər bu ərazidə tikinti işləri qanunsuz deyilsə çəkiliş aparan AzTV əməkdaşlarına özünü sakin kimi qələmə verən bələdiyyə sədri görəsən nədən çəkinib?
Lökbatan Bələdiyyəsinin sədri Rasim Əhmədov problemlə bağlı sualları cavablandırmaqdan imtina edib.
Daha ətraflı süjetdə:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.