Suraxanıda yüzlərlə şagird məktəbsiz qalıb – Problem, Foto

Bakının Suraxanı rayonunda yerləşən 141 nömrəli tam orta məktəb ötən ilin yanvarından bəri təmirə bağlanıb. Məktəbin binası qəzalı vəziyyətdə olduğu üçün tamamilə sökülüb və yerində müasir standartlara cavab verən yeni təhsil müəssisəsinin inşa ediləcəyi açıqlanmışdı. Lakin vədlərə baxmayaraq, bu günə qədər tikinti işləri faktiki olaraq yarımçıq vəziyyətdədir. Halbuki 2025-ci ilin aprelində məktəb binanısının təhvil verilməsi planlaşdırılırdı.
Məktəbin qapısında vurulmuş məlumat lövhəsində də qeyd edilib ki, 2024-cü ilin 16 yanvar tarixində tikintiyə başlanılıb. Tikintinin bitmə tarixi kimi isə 16 aprel 2025-ci il göstərilib. Qeyd edilən tarixdən artıq 1 aya qədər vaxt da ötüb. Lakin heç məktəbda aparılan işlərin 30%-i də tamamlanmayıb. Tikinti ərazisində də uzun müddətdir ki, ciddi fəallıq müşahidə edilmir.
Məktəbin təmirə bağlanmasından sonra orada təhsil alan yüzlərlə şagird ətraf ərazilərdəki məktəblərə köçürülüb. Bu isə nəinki valideynlər, həmçinin müəllim heyəti üçün də çətinliklər yaradıb. Valideynlər məsafənin uzaq, siniflərin isə sıx olduğunu bildirirlər. Köçürülən məktəblərdə “qonaq” olan sagirdlərə normal dərs də keçirilmir.
Sözügedən nəktəbdə aparılan yenidənqurma, təmir işlərinin niyə, hansı səbəbdən gecikdiyi məlum deyil. Aidiyyəti qurumların da bununla bağlı heç bir rəsmi açıqlamasını tapa bilmədik. Şagirdlər və valideynlər isə tezliklə məktəbdəki təmirin bitəcəyi, yenidən öz məktəblərinə qayıdacaları günü gözlirlər.
Tribunainfo.az




OXŞAR XƏBƏRLƏR