Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu maşınlar bahalaşdı - 2-3 min fərq var

Bu maşınlar bahalaşdı - 2-3 min fərq var

Bu maşınlar bahalaşdı - 2-3 min fərq var
2025-05-20 , 20:49

Çin avtomobilləri bazarı ələ keçirsə də, görünür ənənəvi performans maşınlarını taxtdan sala bilməyib.

 
Maşın bazarındakı ən son vəziyyətə görə performans avtomobilləri, xüsusilə də F10 və F30 modelləri bahalaşıb. Bu modellərin qiyməti əvvəlki ilə müqayisədə azı 2 min manat fərq edir.
 
Bahalaşma əsasən bu iki modeldə və Mercedes modellərində müşahidə olunur. Buna səbəb kimi, həm yayın gəlişi, həm də ABŞ bazarındakı bahalaşma göstərilir.
 
Lakin, Çin istehsalı olan avtomobillər ekonom hesab edilən maşınların ( Elantra, Cerato, Ceed, Rio və s. ) bazarını tamamilə "öldürüb." Artıq bazarda daha ekonom variant olduğu üçün alıcı bu modelləri seçməkdənsə 0 km Çin maşınına üstünlük verir./Milli.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.