“Psixoterapevt stresə görə müalicəyə gələn qızıma kobud davranıb”
“Qəbulu 140 manat olan tanınmış psixoterapevt Azər Bağırov qızımı stresə salıb”.
Onun sözlərinə görə, qızı psixosomatikadan əziyyət çəkdiyi üçün həmin həkimə müraciət ediblər: “Qızım stresə düşəndə ürəkbulanması, qusmaları olur. Bunun üçün 3 dəfə psixoterapevt Azər Bağırovun qəbulunda olub, hər dəfə də 140 manat ödəmişik. Bundan əlavə, onun həyat yoldaşı da psixoloqdur və onun da yanına dəfələrlə yönləndirib. Həyat yoldaşının qəbulu 80-100 manatdır. Sanki ancaq pul yığmaq üçün şəbəkə qurub. Nə isə, problem pul deyil, pulu ona görə vurğuladım ki, görəsiniz ki, 140 manata bu həkimin qəbulu nədən ibarətdir. Dərmanlar bitdikdən sonra, ötən həftə qızım təkrar bunun qəbuluna gedib. Cəmi 15 dəqiqə zaman ayırıb və bu dəqiqələr içində də qızımı incidəcək ağır, kobud sözlər deyib”.
.png)
Ana deyir ki, dərmanlar bitdikdən sonra yenisini almayıblar. Buna səbəb isə həkimin başqa dərmanlar yazacağını düşünmələri olub. Lakin qızı qəbul zamanı həkimin kobud davranışı ilə üzləşib: “Üstəlik, dərmanların aylardır təsiri olmayıb. Qəbul zamanı həkimin cavabları məhz belə olub: “Qusursan? Nə olsun ki? Qusanda da qusacaqsan da. Sən nə gözləyirsən? Uğur? Mən sənə dərman yazıram, vəssalam. İçib-içməməyin məni maraqlandırmır. Mən sənin anan deyiləm, atan deyiləm ki, sənə can yandırım. Aramızda heç bir duyğusal bağ yoxdur. Sənə dərman da yazmaram, amma daha pul verib gəlmisən, yazıram…”
Qızım deyir ki, danışarkən də dediklərimə də fikir bildirmirdi, fikri növbəti xəstəni qəbula salmaqda qalmışdı. Məni narahat edən və əsəbiləşdirən nədir?! Bir psixoterapevt stresə görə müalicəyə gələn həssas gənc qıza necə belə kobud davrana bilər?! Bu nə sözlərdir deyir? Ürəyindən keçirə bilər, amma ifadə etmək nə dərəcədə etikdir? Axı qarşındakı məhz duyğusal stres pozğunluğuna görə sənin yanına müalicəyə gəlir. Biz 140 AZN pulu qəbula nə üçün ödəyirik? Həkimin borcu xəstəsinə elə məhz can yandırmaqdır ki, şəfa olsun. Sən aylardır müalicə alan pasiyentinə sağalmasına heç bir ümid vermirsənsə, laqeyd münasibət göstərirsənsə bunun adı nədir?!”
İddialarla bağlı psixoterapevt Azər Bağırovla əlaqə saxladıq. Həkim bildirdi ki, seanslarının müddəti stabildir: “Bizə bir çox psixiatrik xəstəliklər üzrə müraciətlər olur, psixosomatika da onlardan biridir. Müalicə seansları 30 dəqiqə, terapiya seansları isə 40–50 dəqiqə aralığındadır. Həmin yarım saatlıq müddət bitəndə köməkçim yeni bir xəstənin dosyesini gətirir və mən anlayıram ki, vaxtımız tamamlanıb. Yəqin həmin xanım da bunu nəzərdə tutub.
Amma bunun xaricində mən tam olaraq tibbi protokollara uyğun şəkildə işləyirəm. Xəstəyə ilk növbədə diaqnozu bildirirəm. Əgər xəstənin yaşı 18-dən aşağıdırsa, valideyni ilə görüşür və vəziyyəti ətraflı izah edirəm. Xəstəliyin necə keçdiyini, hansı mərhələdə olduğunu və gələcəkdə nə baş verəcəyini — yəni, müalicənin gedişatını, müalicə kəsilərsə nə ola biləcəyini açıq şəkildə bildirirəm. Heç vaxt real olmayan ümidlər vermirəm. Mütləq şəkildə bildirirəm ki, kontrol müayinəsinə gələnə qədər dərman müalicəsini təyin etdiyim qayda və sxemə uyğun şəkildə davam etdirsinlər. Axsatmadan. Bunu dəfələrlə vurğulayıram”.
.jpg)
Həkim həmin xəstənin nə vaxt gəldiyini xatırlamadığını əlavə edib: “Təəssüf ki, sosial şəbəkədə mənə qarşı, eləcə də müraciət edən digər insanlara qarşı təhqiramiz ifadələr işlədib. Onları “qoyun sürüsü” adlandırmaqla həm mənim etibarımı zədələməyə, həm də qarayaxma kampaniyası yaratmağa çalışıb. Bu məsələni hüquqi müstəvidə davam etdirməyi düşünürəm. Niyə belə etdiyini isə başa düşə bilmirəm. Əslində, həmin paylaşımı görəndə çaşqınlıq keçirdim. Çünki konkret olaraq problem yaşadığımız bir hadisəni xatırlaya bilmədim. Ola bilsin ki, xəstənin qızı görüşdə olub, anasına məlumat verib. Ancaq mənim hər hansı pasiyentlə kobud rəftarım mümkün deyil.
Bəzən müəyyən reallıqları — xəstəliyin gedişi ilə bağlı həqiqətləri — açıq şəkildə izah etdikdə, bəzi xəstələr və ya ailə üzvləri bunu qəbul etməyə hazır olmurlar və bu onlarda narahatlıq yaradır. Məsələn, psixosomatikada belə hallar ola bilər: isterik tutmalar — sanki diqqət çəkmək üçün etdikləri hissi yaradır. Amma əslində, bu tutmalar onların iradəsindən asılı olmadan baş verir. İstəkləri qarşılanmadıqda və ya əngəlləndikdə bu isterik reaksiyalar baş qaldıra bilər.
Ailələr də bu məlumatları qəbul etməkdə çətinlik çəkə bilər. Bütün bunlar mənim ehtimallarımdır ki, nə baş vermiş ola bilər. Onun xaricində deyilən digər şeylərin heç biri mümkün deyil”.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? – ŞİKAYƏT
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12