Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bank of Baku” müştərisini şantaj edir – Foto

“Bank of Baku” müştərisini şantaj edir – Foto

“Bank of Baku” müştərisini şantaj edir – Foto
2025-06-19 , 13:50

“Bank of Baku” gecikməsi olan müştərini iş yerinə zəng etməklə şantaj edir.

Tribunainfo.az xəbər verir ki, bu problemlə sözügedən bank müştərisi Nazlı Həsənova üzləşib. O bildirib ki, bank əməkdaşları müştərilərlə çox kobud danışır:
“”Bank of Baku”ya geçikməm var, ödənişi ay sonu edəcəyimi bildirmişəm. Əlaqə yaradıb 3-4 gündən sonra bildirdilər ki, ödənişi etməsəm iş yerimə məlumat ötürüləcəklər. Həmçinin əməkdaş bildirir ki, qeyd etdiyim nömrələrə də zəng olunacaq. Bu nə qədər düzgündür?! Mən dəstəyi götürürəmsə və cavablayıramsa, üstəlik indiyə qədər banka gecikməm olmayıbsa bu nə rəftar, bu nə davranışdır. Zəng edəndə bank əməkdaşları elə danışır ki elə bil banka yox buna borcum var”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.