“Bolt” və rəhbərliyi ilə bağlı iddialar: Vasif Talıbovla əlaqələr, AYNA-nın adından istifadə…
Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu “Bolt” taksi şirkəti barədə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət ünvanlayıb.

Ağasif Şakiroğlu
Bu gün Azərbaycanda “Bolt” adlı şəbəkə faktiki qeyri-qanuni işlərlə məşğuldur.

Naim Əzizov
Vətəndaşlarımızın, sahibkarlarımızın konstitutsion hüquqlarını pozur. Bu azmış kimi, vətəndaşlarımızın konstitutsion mülkiyyət hüquqlarını pozur. Sanki uçan “Bolt” avtomobili yox, ölkə qanunvericiliyidir… Şəxsi həyatda tanıdığım sahibkarların, eyni zamanda öz şəxsi mülkiyyətimdə olan bir neçə avtomobil “Bolt Servis” MMC tərəfindən bloklanıb, fəaliyyətinə məhdudiyyət qoyulub. Səbəb kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bloklandığı göstərilib. Sözün açığı, əvvəl mənə “Bolt”dan, lap dəqiq desək, Naim Əzizovun əməkdaşları tərəfindən çatan informasiyalar fonunda AYNA rəhbərliyi haqqında mənfi düşüncələrə qapıldım. Sonra AYNA rəhbərliyi və “qaynar xətt”i ilə əlaqə saxladım. Məlum oldu ki, AYNA tərəfindən heç bir taksi sürücüsü, həmçinin dostlarıma və mənə məxsus heç bir avtomobil bloklanmayıb. Bir qədər dəqiqləşdirmədən sonra məlum oldu ki, “Bolt”un əməkdaşları dostlarıma və mənə məxsus avtomobilləri bloklayaraq başqa, lap dəqiq desək, özlərinin himayələrində olan parklara avtomobilləri köçürdükləri məlum oldu. Burada ortaya suallar çıxır. Tabeliyimdə olan yoldaşlara bir qədər dəqiqləşdirmə etmələrini tapşırdım.
Məlum oldu ki, Azərbaycanda fəaliyyət göstərən “Bolt Servis AZ” MMC-nin “CEO”su Əzizov Naim İlqar oğlunun qardaşı Əzizov Erol İlqar oğlu “Bolt”un nəzdində fəaliyyət göstərən “Bolt Point” adlı parkda 2-ci şəxs olaraq çalışmaqdadır. Daha doğrusu, bu parkda yaradılan süni şəraitlər fonunda həmin parkdan mədəni rüşvət toplamaq üçün ezam edilmiş şəxsdir. “Otkat” toplayır, qardaşı Naim Əzizovla bölüşür…. Eyni zamanda, Əzizov Naim İlqar oğlunun “Bolt” beynəlxalq taksi şirkətinin investisiya proqramı daxilində “116Park” adlı digər qoluna Estoniyadan ayrılan yüksək dotasiyaların mənimsənilməsi prosesində də iştirak edib. Buna bizim xalq dilində “beynəlxalq korrupsiya” deyilir. Elə şeylər var, əlimdə sənədləri, detallı yazışmaları və səs yazıları ilə paylaşa bilərdim. Bunu, sadəcə, doğru hesab etmirəm. Buradan Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, həmçinin Korrupsiya qarşı Mübarizə Baş İdərəsinə, həmçinin Rəşad Nəbiyev cənablarına müraciət edirəm: “Bolt” adlı bu şəbəkəyə kimlərin himayədarlıq etməsi haqqında ictimaiyyətə məlumat verməklə yanaşı, qanuna müvafiq tədbirlər görülməsi üçün ciddi və qarşısı alınmaz tədbirlər görəsiniz. Onların etdikləri açıq sabotajdır! Məgər ölkə qanunvericiliyində bir qohumun digər yaxın qohumun tabeliyində işlənməsinə icazə verilir? Xeyr, əsla! Bəs niyə “CEO” vəzifəsində olanın qardaşı “Bolt”un nəznində fəaliyyət göstərən “Bolt Point Fleet”də qeyri-rəsmi işləyir? Danmağa çalışmasınlar. “Bolt Point”in ofisindən fotolarını paylaşsam, heç kimə xoş olmayacaq. Bu səbəbdən heç kim nağıl danışmağa cəhd etməsin. Hansısa sahibkarın şəxsi avtomobilinin qeyri-real olaraq qarajda (təmirdə) ola-ola formal olaraq kiməsə proqram üzərində təhkim edilməsi qanunsuzluq deyil, bəs nədir? Məhz bu səbəbdən (Əzizov Naim İlqar oğlunun qardaşı) Əzizov Erol İlqar oğlunun himayəsi altında olmağın nəticəsidir ki, “Bolt Point”in sertifikatsız, həm də qanunsuz taksi fəaliyyəti göstərən avtomobilləri Bakı şəhərində “uçur”. Məhz bu himayədarlığın və qanunsuz fəaliyyətin nəticəsi fonunda Əzizov Erol İlqar oğlunun himayədarlığı altında fəaliyyət göstərən və Vasif Talıbovlara yaxınlığı ilə seçilən park qanunsuz fəaliyyət göstərir.

Vasif Talıbov
Mümkündür ki, Talıbovların uzanan əli Bakı taksi bazarına Əzizov Naim İlqar oğlunun qardaşı Əzizov Erol İlqar oğlu vasitəsilə hələ də çatmaqdadır. Aidiyyatı dövlət qurumlarına səslənirəm: Bütün bu iqtisadi qanunsuzluqlara qarşı real addımlar atılmazsa, ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalacağam. Fikrimcə, hər xırda məsələ ilə bağlı ali rəhbərliyi rahatız etmək doğru deyil. Zəruri dövlət qurumlarının məsələyə ciddi yanaşması xahiş və tələb olunur. Hörmətli Əzivovlar, bütün bu maxinasiyanın başında şəxsən siz durmursunuzsa, bu maxinasyaları törədən əməkdaşlarınızı cəzalandırın. Əks halda, susqunluğunuzla və hərəkətsizliyinizlə bütün bu maxinasiyaların arxasında durduğunuzu etiraf etmiş olacaqsınız! AYNA-nın adından az sui-istifadə edin! Əks halda, dövlət qurumunun adından istidafə edib, vətəndaşları dövlət qurumunun üzərinə qaldırmaqda məqsədiniz nədirsə, onu açıq deyin!”
Pravda.az-ın əməkdaşı iddialarla bağlı N.Əzizovla əlaqə saxlasa da, zənglərə cavab verməyib. “Bolt”a ünvanladığımız sorğuya cavab olaraq isə bildirilib ki, məsələ ilə məşğuldurlar.
OXŞAR XƏBƏRLƏR

Türkiyəli “biznesmen” azərbaycanlı iş adamlarına 613 min manat “atdı”
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Hüquq islahatları kontekstində səmərəlilik və müasir inkişaf mexanizmi
“TikTok”da təhqir olunan şəxs hara müraciət etsin?
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14