Binədəki məktəbdə külli miqdarda DƏLƏDUZLUQ
Bakının Binə qəsəbəsindəki orta məktəblərindən birinin müəllimləri - Təranə Cəfərova, Tahirə Şamilova və tibb işçisi Məlahət Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yenilik.az bildirir ki, teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovin sədrilyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib.
İttihama görə, Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbin müəllimi Təranə Cəfərova digər təqsirləndirilən şəxslərlə cinayət əlaqəsinə girib, bir qrup müəllimə qarşı dələduzluq ediblər.
Təranə Cəfərova zərərçəkmiş şəxslərə Tahirə Şamilova və Məlahət Mustafayevanın Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib, onların inamını qazanmağa nail olub. Müəllimlərin işə qəbul edilməsinə, yüksək bal toplamalarına dair sertifikasiya verməyə, bəzi müəllimlərin iş yerinin dəyişdirilməsinə, ali məktəbə məzun qəbul etdirə bilmələrinə dair yalan vədlər veriblər.
İstintaq sənədlərində göstərilib ki, T.Cəfərova Azərbaycan dili və ədəbiyyat müəllimi Sona Rəhimlini 88 saylı orta məktəbə işə qəbul etdirəcəklərini söyləyib. Digər təqsirləndirilən T.Şamilova ilə birlikdə sövdələşərək bu işin düzəlməsi üçün zərərçəkmişdən 16 min manat istəyib. Əvvəl 10 min manatı, iş düzələndən sonra isə qalan 6 min manatı almağa razılaşıblar.
Onlar 2024-cü ilin mayında zərərçəkmişdən 10 min manat alıblar. Lakin vədlərinə əməl etməyiblər.
Bundan başqa, təqsirləndirilən şəxslər Binə qəsəbəsində digər Azərbaycan dili və ədəbiyyat müəllimi Nuridə Hüseynovanı həmin qəsəbədə orta məktəblərdən birinə işə düzəldəcəklərinə dair yalan vəd veriblər. N.Hüseynova onların təklifini həyat yoldaşı Əşrəf Hüseynova deyib. Ər-arvad məsləhətləşdikdən sonra təqsirləndirilən şəxslərlə razılaşıblar, işin düzəlməsi üçün 16 min manat veriblər.
Daha sonra təqsirləndirilənlər Rus dili müəllimi Ayna Bayramova ilə onu 149 saylı orta məktəbə işə qəbul etdirəçəkləri barədə razılığa gəliblər. Ondan 2024-cü ilin iyun ayında 15 min manat alıblar.
Bundan əlavə, onlar texnologiya müəllimi Şirin Qafarovanın işlə təmin olunması üçün bacısı Günayla birlikdə görüşüblər. Razılığa gəldikdən sonra bacılardan 10 min manat alıblar. Tarix müəllimi Nəsimi Kərimovdan isə Binə qəsəbəsində olan orta məktəbdəki iş yerindən yaşayış yeri üzrə Xətai rayonunda yerləşən orta məktəblərdən birinə dəyişdiriləcəyi adı ilə 12 min manat alıblar.
İttihamda göstərilib ki, daha bir neçə nəfəri eyni üsulla aldadılıb. Müttəhimlər bir neçə nəfəri isə ali məktəbə qəbul etdirmək adı ilə dələduzluq ediblər.
Cinayət işi üzrə ziyanın ümumi məbləği 160 min 500 manat həcmindədir.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.
İttihama münasibət bildirən Məlahət Mustafayeva və Tahirə Şamilova özünü qismən təqsirli bilib. Digər təqsirləndirilən Təranə Cəfərova isə özünü təqsirli bilməyib. O, ittihamları qətiyyən qəbul etməyib.

Prezident bu şəxsləri əfv etdi - Siyahı
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Hami və heç kim üçün…” – Bakıda 55 minlik özəl məktəblərdə təhsil alanlar kimlərdir? (Araşdırma)
Deputatın QHT ilə biznesi: “Lider Qadınlar” Məlahət İbrahimqızına nə qazandırır?
Məktəbdə işləyən katibənin çılpaq videosu yayıldı, gözətçi direktora hücum etdi – TƏFƏRRÜAT
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14