Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? - “Onu Amerikada tutdura bilərdim”
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal səngimir. Bakı Apellyasiya Məhkəməsi tərəflərin boşanmasını təsdiqləyib və qadına çatmalı olan əmlakın ona qaytarılması barədə yeni qərar çıxarıb. Lakin oğul Pənahov heç bir qərarla razılaşmır. O, çəkişməni Ali Məhkəmədə davam etdirməyə hazırlaşır.
Qadının sözlərinə görə, keçmiş əri hələ də ona və vəkilinə müəyyən vasitələrlə təzyiq göstərməyə çalışır. Özü ölkəyə gəlməsə də, vəkili məhkəmədə ona qarşı uydurma çıxışlar edir: “Binəqədi Məhkəməsində məni oğru və böhtançı kimi təqdim etməyə çalışırdılar. Guya tələb etdiyim əşyaları mən evdən qaçmazdan əvvəl harasa daşımışam. Lakin Məhəmməd və ailəsi yaxşı bilir ki, belə bir şey mümkün deyildi. Biz bir il Bakının “Milyonçular məhəlləsi” kimi tanınan Ceyhun Hacıbəyli küçəsində dördmərtəbəli imarətdə yaşamışıq.
Sonra da Kaliforniya ştatının Los-Anceles şəhərinə köçmüşük. Hər iki evimizdə otaqların hər birində kameralar quraşdırılmışdı. Mən heç evdən tək çıxmırdım, həmişə sürücüləri müşayiət edirdilər. 300 minə yaxın qiyməti olan həmin əşyalar hamısı mənə aiddir: cehiz, geyimlər, qızıl-zinət əşyaları və sair. Zinət əşyalarının və geyimlərin bir hissəsi nikah dövründə hədiyyə kimi verilib. Amma əvvəlki məhkəmədə məni əliboş gələn gəlin kimi təqdim etdilər. Ən maraqlı və gülüş doğuran məqam isə odur ki, Bakı Apellyasiya Məhkəməsində fikirlərini dəyişiblər. Dedilər ki, guya toyda mənə hədiyyə etdikləri qızıl-brilyant komplekti Məhəmmədin bacısından icarəyə götürülüb. Belə yalan olar? Pənahovlar ailəsinin gəlininə komplekt almağa pulu yoxdur? İnanırsınız, məhkəmədə hakim özü belə bu sözün inandırıcı olmadığını dedi. İndi onların istədiyi odur ki, mənə heç nə çatmasın. Mən onlardan nə imarətlər, nə maşınlar, nə də pul istəmişəm və istəmirəm də – sadəcə boşanmaq və mənə aid olanı almaq istəyirəm”..jpg)
H.Pənahova söhbət zamanı daha bir ciddi iddia irəli sürüb. Bundan əvvəlki şikayətində gəlin ərinin ona şiddət göstərməsi nəticəsində yaranan stres səbəbindən bətnindəki övladını itirdiyini demişdi. Bu dəfə isə o, ərinin göstərdiyi şiddətdən danışarkən ikinci övladının da vaxtından əvvəl doğulduğunu, üç gün sonra isə xəstəxanada öldüyünü deyib: “İkinci hamiləliyimin yeddinci ayının əvvəli idi. Novxanıda yerləşən restoranda oturmuşduq. Məhəmməd sərxoş olmuşdu. Həmin vaxt dava salıb, sürücüsü və ofisiantların qarşısında əlimi kəsdi.
Sabahı gün əlimin açıq yarasını estetik əməliyyat etdirərkən bacısı hadisəni ört-basdır etmək üçün həkim və tibb bacılarına pul təqdim etdi. Pul qarşılığında tibb müəssisəsi hadisəni qeydə almadı və hüquq-mühafizə orqanlarına müraciət etmədilər. Ondan bir həftə sonra Məhəmməd yenə evdə dava saldı. Davadan sonra yaranmış streslə bağlı vəziyyətim pisləşdi və yenidən xəstəxanaya getdik. Orada vaxtından üç ay əvvəl övladım doğuldu. Amma körpə cəmi üç gün yaşadı. Beləliklə, bu övladım da ailədaxili şiddətin qurbanı oldu.
İkinci hamiləliyimdə Məhəmməd öz övladını faktiki olaraq öldürdü və mən bunu ona heç vaxt bağışlamayacağam. Hələ Bakıda olanda dəfələrlə Məhəmmədin ailəsinə yalvardım ki, onun həm psixoloji pozğunluğuna, həm də alkoqol asılılığına görə müalicəyə göndərsinlər. Mən də işimi buraxıb ona daim dəstək olardım. Amma ailəsi kömək etmədi, düşündülər ki, təzə gəlinəm və baş çıxarmalıyam. Məzahir Pənahov sadəcə oğluna deyirdi ki, içkini burax və həyat yoldaşına yaxşı bax, lakin heç bir nəticəsi olmurdu. Sonradan Los-Ancelesə köçdük, orada da eyni şeylər təkrarlandı. Nəhayət Bakıya qayıtdım.Burada isə hər kəs soruşurdu ki, niyə Amerikada onu polisə şikayət etməmişəm, axı orada nə yüksək vəzifə, nə də atasının əlaqələri kömək edər. Əlbəttə, mən ərimi polisə şikayət edə bilərdim: onu həbs edərdilər, Amerikaya girişi və biznesi beş il müddətinə qadağan edərdilər, mən isə Amerika hökumətinin himayəsini və vətəndaşlığını alardım. Ancaq ilk növbədə mən qayınatam haqqında düşündüm. Onun illərlə qurduğu nüfuzunun zərər görməsini istəmirdim, çünki mən ona çox hörmət edirdim. Mən sakit və dinc yolla boşanmaq istəyirdim, lakin Pənahovların belə davranacaqlarını heç gözləmirdim. Təsəvvür edin, məni nə həddə çatdırıblar ki, mən bu hadisələrlə bağlı media vasitəsilə açıqlama verirəm”.
H.Pənahova keçmiş ərinin əməlləri ilə bağlı Azərbaycanda hüquq-mühafizə orqanlarına müraciət edib. Yekun olaraq şikayəti polis araşdırır. Lakin Məhəmməd Pənahov ölkədə olmadığından qarşı tərəfin iddiaları cavabsız qalıb.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu – 300 minlik əmlakı qaytaracaq
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12