Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? - Yasamalda bəzi kameralar eyvanları çəkir

Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? - Yasamalda bəzi kameralar eyvanları çəkir

Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? - Yasamalda bəzi kameralar eyvanları çəkir
2025-10-02 , 10:57

Bakının Yeni Yasamal ərazisində yerləşən yaşayış komplekslərindən birində qeyri-adi təhlükəsizlik tədbiri həyata keçirilib.


Yenilik.az Baku TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, yaşayış kompleksinin ətrafında üzü eyvanlara yönələn kameralar quraşdırılıb.

Kompleksin komendantının verdiyi məlumata görə, bu kameralar bəzi sakinlər tərəfindən eyvanlardan həyətə tullantı atılmasının qarşısını almaq məqsədilə yerləşdirilib.

Komendant bildirib ki, kameraların quraşdırılması mövcud vəziyyəti müsbət yöndə dəyişib və tullantı atma hallarının azalmasına nail olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.