Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Coca-Cola” buna görə cərimələnə bilər

“Coca-Cola” buna görə cərimələnə bilər

“Coca-Cola” buna görə cərimələnə bilər
2025-10-02 , 15:46

“Coca-Cola” (“AZERBAİJAN COCA-COLA BOTTLERS” MMC) şirkəti ilə bağlı cərimə protokolu imzalanıb.

Yenilik.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 428.7.1-ci maddəsini ppozub. Tələbi pozulan maddəyə əsasən, müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Şirkətlə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 7 oktyabr tarixində hakim Tural Musayevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin qanuni təmsilçisi Rəna Məmmədova Müzəffər qızıdır.
Qarşı tərəfi dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.