Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » DTX-nin saxladığı başçının köməkçisi danışdı

DTX-nin saxladığı başçının köməkçisi danışdı

DTX-nin saxladığı başçının köməkçisi danışdı
2025-10-31 , 16:16

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.


Əməliyyat zamanı korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilirdi.

Bakupost.az xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərov "Yeni Sabah" açıqlamasında icra başçısının müavini, köməkçiləri və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlərin yalan olduğunu bildirib. Onun sözlərinə görə, sözügedən əməkdaşların hər biri hazırda iş başındadır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.