Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetində “Pərakəndə ticarət marketinqi” proqramı üzrə xüsusi kurs fəaliyyətə başlayıb

Qərbi Kaspi Universitetində “Pərakəndə ticarət marketinqi” proqramı üzrə xüsusi kurs fəaliyyətə başlayıb

Qərbi Kaspi Universitetində “Pərakəndə ticarət marketinqi” proqramı üzrə xüsusi kurs fəaliyyətə başlayıb
2025-11-06 , 17:15

Qərbi Kaspi Universitetində iqtisadiyyat və idarəetmə sahəsində bilik və bacarıqların artırılması məqsədilə “Pərakəndə ticarət marketinqi” proqramı üzrə xüsusi kurs fəaliyyətə başlayıb.

Kursu Daşkənd Dövlət İqtisadiyyat Universitetinin dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Sultanbek Ablatdinov aparır. Proqram çərçivəsində tələbələr “Pərakəndə ticarət marketinqinin mahiyyəti, məqsədi və vəzifələri”, “Marketinq kompleksinin xüsusiyyətləri və müasir konsepsiyaları”, “Məhsul və çeşid siyasəti”, eləcə də “Mallarin təşviqi və kommunikasiya sistemləri” və s. kimi mövzular üzrə dərslər alacaqlar.
Məqsəd tələbələrə müasir pərakəndə satış sistemləri, istehlakçı davranışları, marketinq strategiyaları və rəqabət üstünlüyü kimi istiqamətlərdə praktik və nəzəri biliklər qazandırmaqdır. Dərslər interaktiv müzakirələr və real bazar nümunələrinin təhlili əsasında keçirilir. Kurs 03 noyabr – 18 noyabr 2025-ci il tarixlərini əhatə edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.