“Dəmir Qübbə” memarının Bakı səfərinin pərdəarxası - Regionda strateji xəritə dəyişir
İsrail Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı Direktorluğunun rəhbəri, “Dəmir Qübbə” və digər yüksək dəqiqlikli texnologiyaların memarı kimi tanınan Daniel Qoldun Bakıya səfəri müzakirələrə səbəb olub. Səfər Azərbaycan-İsrail münasibətlərində yeni mərhələnin siqnalı, regionda dəyişən hərbi balansın göstəricisi və ən əsası çox sərt çəkindirmə mesajı kimi qəbul olunur.
“Bu səfərin İsraildə açıq elan edilməməsi və yalnız Bakıda mətbuat üzərindən işıqlandırılması təsadüfi sayıla bilməz. Burada iki mühüm komponent var - regional təhlükəsizlik arxitekturası və çəkindirmə konsepsiyası. Hər iki istiqamətdə Azərbaycan yeni strateji xətt formalaşdırır. Birincisi, Xəzər dənizi artıq əvvəlki kimi hərbi neytral zona deyil. İranın son 1 ildə Xəzərdə aktivləşməsi, xüsusən də Hərbi Dəniz Qüvvələrinin şimala doğru manevr imkanlarını genişləndirməsi, regionun yeni təhlükəsizlik riskləri ilə üz-üzə qaldığını göstərir. Bu, Azərbaycanın cavab verməsini zəruri edən tendensiyadır. Dənizdə qüvvələr balansı dəyişdikcə, yeni texnologiyaların rolunu nəzərə almadan təhlükəsizlik konsepsiyası qurmaq mümkün deyil. Azərbaycan-İsrail hərbi-texnoloji tərəfdaşlığının inkişafı məhz bu zərurətdən doğur. İkincisi, İsrailin Sea Breaker və Ice Breaker kimi yüksək dəqiqlikli dəniz hücum sistemlərinin Azərbaycanda mövcudluğu Xəzərdə yeni tarazlıq formalaşdırır. Burada söhbət yalnız silahların texniki üstünlüyündən getmir. Məsələ ondan ibarətdir ki, bu texnologiyalar uzaqdan idarə olunan, AI dəstəkli və radioelektron mühitdə fasiləsiz fəaliyyət göstərən sistemlərdir. Bu isə regionda qarşıdurma niyyətində olan hər hansı dövlət üçün ciddi çəkindirmə elementidir”.
Siyasi şərhçi hesab edir ki, Daniel Qoldun Bakı səfəri Azərbaycan və İsrailin artıq sırf tədarük və alış-satış mərhələsindən çıxdığını göstərir: “Bu əməkdaşlıq qarşılıqlı strateji asılılıq formalaşdırır. Müasir dövrdə kritik texnologiyalara çıxışın paylaşılması və gələcək sistemlərin inkişafında birgə iştirak müttəfiqliyin əsas meyarıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya Ukrayna müharibəsində Xəzər akvatoriyasından raket platforması kimi istifadə etməklə regionun təhlükəsizlik dinamikasını dəyişib. Bu, Xəzərin formal olaraq “qapalı geosiyasi məkan” statusunu faktiki olaraq aradan qaldırır və onu qlobal qarşıdurmanın elementinə çevirir. Belə şəraitdə Azərbaycan üçün yüksək texnoloji üstünlük yalnız müdafiə vasitəsi deyil, həm də siyasi qərarların daha sərbəst formalaşdırılması üçün zəmanətdir. Bu baxımdan səfər göstərir ki, Bakı və Təl-Əviv münasibətləri artıq emosional və simvolik deyil, tamamilə riyazi və strateji müstəvidə qururlar. Bu isə regionda yeni balansın əsasını təşkil edir. Nəticə olaraq, Qoldun Bakıya səfəri Azərbaycanın regional oyunçu kimi mövqeyini gücləndirir. Bu, yalnız ölkəmizin müdafiə qabiliyyətini artırmaqla məhdudlaşmır, Xəzərin və ümumilikdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasının konturlarını müəyyən edən addımdır. Regional proseslər daha mürəkkəb hal alır və belə şəraitdə Azərbaycan texnoloji üstünlüyü strateji sabitliyin təminatına çevirir”.
OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Tolerantlıq və humanizm diplomatiyası: Mehriban Əliyevanın Vatikan səfəri sivilizasiyaları birləşdirir - TƏHLİL
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
İlham Əliyevin Çin səfəri dünya mediasında - Fotolar
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12