“VEST PARK”ın tarixi binaya vurduğu zərər müzakirələrə səbəb oldu
Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə “VEST PARK” MMC tərəfindən aparılan tikinti işləri nəticəsində ziyan görməsi müzakirə yaradıb. Belə halların paytaxt ərazisində birinci hal olmadığı, tikinti şirkətlərinin tarixi binalara zərər vermələri gündəmə gətirilib.
Memar bildirib ki, baş verənlər tarixi abidələrə qarşı birinci hal deyil: “Sözügedən bina XIX əsrin sonu, XX əsrin əvvəlində tikilib. Lakin elə binalar var ki, məsələn, Səbail rayonunda yerləşən tarixi bina korifey memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşov tərəfindən layihələndirilib. Orada artıq ikinci ildir, təmir işləri aparılır. Bir müddət işi dayandırdılar, sonra binanın dam örtüyünü dağıtdılar. Bu barədə də nə qədər yazdıq. Aidiyyəti dövlət strukturlarına yazıldı ki, bu, yenidənqurmadırsa, layihəsi olmalıdır. Ən azından məlumatlar sistemdə yerləşdirilməlidir. Məlumatlar ictimaiyyətə çatdırılmadı. Neçə müddətdən sonra gördük ki, orada yanğın baş verib. Bununla bağlı Memarlar İttifaqı Baş Prokurorluğa müraciət edib. Çünki bu, az sayda qalan konstruktivizm binalarından biridir. Xeyli bina dağıdılıb. Mikayıl Hüseynov və Sadıq Dadaşovun bu il yubileyidir, Prezident İlham Əliyevin Sərəncamı ilə Mikayıl Hüseynovun 120 illiyi qeyd edilib. Sözügedən abidə isə indi qəzalı vəziyyətə çatdırılır, heç bir məlumat da yoxdur. Eyni hal Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi ilə bağlı baş verir. Burada insanlar yaşayırlar və bina qəzalı vəziyyətə çatdırılır. Qısaqapanmadan problem də yarana bilər, çünki dam örtüyü zədələnib. Tendensiya belədir ki, yeni tikilən yaşayış kompleksləri kifayət qədər tarixi abidələrə yaxın tikilir. 4-cü paralel küçəsində – “Kubinka” ərazisində də yaşayış kompleksi tikilir və yanındakı bina tarixi memarlıq abidəsidir. Həmin abidə Fiqarovların yaşayış evi idi, üçmərtəbəli çox gözəl tarixi binadır. Təxminən, üç ilə əvvəl o ərazidə hasarlanma işləri başlayanda həmin adidəni də hasarladılar. İctimai hərəkat kimi məsələ qaldırdıq ki, niyə hasarlayırsınız? Bu bərpadırsa, informasiya lövhəsi olmalıdır. Əks halda, niyə binanı hasarlamısınız? Hasarın arxasında müxtəlif proseslər baş verə bilər. Bir müddət sonra hasarı sökdülər. İndi isə hazırda orada tikinti işləri aparılır. Həmin ərazidə tarixi binaya kifayət qədər yaxın məsafədə çoxmərtəbəli yaşayış kompleksi tikilir. Bina relyefin üzərində yerləşir, bunu nəzərə almaq lazımdır. Yəni bir sözlə, dövlət qurumları bu məsələlərə nəzarəti artırmalıdırlar”.
Qeyd: Tarixi və memarlıq abidələrinin qorunmasına nəzarət edən orqan Mədəniyyət Nazirliyinin tabeliyində olab Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətidir.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti – Olympus Park…
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Paytaxtdakı bəzi tarixi tikililər sökülməlidir
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Əli Həsənovu bəsləyən Nurlan Həsənov kimdir? – SENSASİON FAKTLAR
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12