İcra başçısı 3 vətəndaşa qarşı məhkəmə davası açdı – Torpaq zəbti, ödənməyən arpa pulu...
Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Xaçmaz Rayon Məhkəməsinə 3 rayon sakini ilə bağlı xüsusi ittiham qaydasında şikayət verib. Başçının qəzəbinə gələnlər rayonun Qarabağlı qəsəbə sakini Məhəmməd Əvəz oğlu Məmmədov, Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovdur.
“Arpanın pulunu vermədi” – kəndlilərin 3 ildir bitməyən problemi
Bu, Asif Hüseynovun Muradovlarla bağlı ilk şikayəti deyil. Bundan öncə başçı Şabran Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdi. Başçını narazı salan isə kənd sakinlərinin mətbuat üzərindən ondan aldığı arpanın pullarını tələb etmələridir. Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətlənmişdilər. Kənd sakini iddia edib ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib. Arpa satılan zaman icra başçısı özü qapıya gəldiyi üçün ona inanıblar və alış-verişlə bağlı hər hansı sənəd imzalamayıblar.
“Yox, sənəd yox. Elə-belə inandıq da. Dedik daha bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim ki, nisyə verirəm? Elə olmur axı, ay müəllim, ayıbdır. Dedi, verdim. Mən də inandım ki, daha bu boyda rayonun başçısıdır da, yalan danışmaz”, - Vüsal Muradov “BBC Azərbaycanca”ya demişdi.
Həmin müsahibəsində Vüsal Muradov qeyd etmişdi ki, 1995-ci ildən toxumluq arpa əkməklə məşğul olub, ailəsinin bu kiçik təsərrüfatla dolandırlıb.
Sitat:
- 3 ildir icra başçısı pulu vermədiyi üçün, artıq sahəsini normal əkib-becərə də bilmirik.
“İşlərin qızğın vaxtıdır. Texnikalar düzəlməlidir, işlər görülməlidir. Pulumuzu vermir ki, işimizi görək”, - kənd sakini bildirib.
Prezident Administrasiyası da məsələyə qarışdı, amma…
Kənd sakini deyir ki, pulu almaq üçün müvafiq qurumlara şikayət edib, ancaq nəticə olmayıb.
Prezident Administrasiyasının əməkdaşı Habil Əzməmmədov 2025-ci il oktyabrın 20-də BBC-yə bildirib ki, icra başçısının vətəndaşı qəbul etməməsi ilə bağlı məsələyə aydınlıq gətiriləcək və gün ərzində kənd sakininin icra başçısı ilə görüşü təmin ediləcək. Şikayətlə bağlı isə qurumun əməkdaşı deyib ki, vətəndaş problemin həlli ilə bağlı məhkəməyə müraciət etməlidir.
“Burada arbitr məhkəmədir. Hərə öz sübutunu ortaya qoymalıdır. Məhkəmə artıq araşdırmalı və qərar qəbul etməlidir ki, kim burada dələduzluq edib, etibar və inamdan sui-istifadə edib aldadıbdır. Orada şahidlər olacaq da, deyəcək gözümüzün qabağında yığmışıq, aparıb. Bir nəfərin işi deyil axı 15 ton taxılı yığmaq. Ona görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunur”, - Habil Əzməmmədov deyib.
Oktyabrın 20-də ailə deyib ki, BBC-yə şikayətdən sonra onlara Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun Səbirə Vəliyeva və oğlu Vüsal Muradovla görüşmək istədiyi bildirilib.
Bundan bir neçə gün sonra isə Şabran Rayon Məhkəməsinə icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub.
Məhkəmə icra başçısının şikayəti üzrə araşdırma aparıb, müəyyən edilib ki, iş üzrə cavabdehlər ilkin olaraq müraciət etdikləri media resursu Xaçmaz rayonu ərazisində yerləşir. Bunu əsas götürən məhkəmə işə aidiyyatı üzrə baxılmasının vacibliyini vurğulayıb, şikayətə Şabran Məhkəməsində baxılmasının mümkünsüzlüyü diqqətə çatdırılmaqla baxışdan çıxarmışdı. Şabran İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bundan sonra Xaçmaz rayon Məhkəməsinə üz tutub.
“120 hektar torpağı zəbt edib” – ikinci qalmaqal
Musavat.com-a daxil olan məlumatda başçının eyni zamanda Qarabağlı qəsəbə sakini Məhəmməd Əvəz oğlu Məmmədovla bağlı da Xaçmaz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət təqdim edib. Asif Hüseynovu narazı salan Məhəmməd Məmmədovun mətbuata açıqlamlarıdır. Məhəmməd Məmmədov iddia edib ki, başçı 2021-ci ildən Qarabağlı yaxınlığındakı 120 hektar örüş sahələrini zəbt edib. Bu səbəbdən də kəndlilər mal-heyvanlarının örüşə çıxara bilmirlər. Məcbur qalıb mal-heyvanı sataraq kəndi tərk edirlər. Dövlət hesabına vurulan artezian quyuları da ərazidə olduğundan kəndlilər sudan da istifadə imkanları itiriblər.
Bu açıqlamalar başçının qəzəbinə səbəb olub və o, vətəndaşı təhqir-böhtanda ittiham edərək cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
OXŞAR XƏBƏRLƏR

Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi- Arpanı alıb, pulunu vermir - VİDEO
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
Prezident hərbçiləri təltif etdi – Sərəncam
“TikTok”da təhqir olunan şəxs hara müraciət etsin?
Media nümayəndələri təltif edildi - Siyahı
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Azərbaycanda sosial müavinətlər artırıldı (FƏRMAN)
Əvəz Zeynallının kirli biznesi: “1 manatlıq yardım” ona nə üçün lazımdır?
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14