Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Rahat” marketi tarakanlar basdı – Foto

“Rahat” marketi tarakanlar basdı – Foto

“Rahat” marketi tarakanlar basdı – Foto
2025-12-11 , 16:15

“Rahat” supermarketlər şəbəkəsinin Bakıxanov filialında çörək şöbəsini tarakanlar basıb.

Tribuna.az xəbər verir ki, marketin xüsusilə çörəklərin yığıldığı hissə və şirniyyat bölməsində tez-tez tarakanlar gözə dəyir. Tarakan və müxtəlif həşaratlar rəflərin üzərində gəzişir.
Sakinlər problemlə bağlı marketin satıcılarına da məlumat verdiklərini deyir. Lakin market rəhbərliyi bununla bağlı tədbir görməkdə maraqlı deyil. Satıcıların sözlərinə görə, onlar da problemdən agahdırlar, lakin tarakanların kökünü kəsə bilmirlər.
Təəssüf ki, bu problemdən məlumatı olmayanlar da “Rahat” marketdə tarakanların gəzişdiyi rəflərə düzülmüş çörəklərdən alırlar.
Mağazadan çəkilmiş fortoları təqdim edirik:
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırq.
Güşən Rəsul

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.