“Mehdiyev işi”ndə ilginc üçbucaq: “Boz kardinal”la Şeyxi və Mübariz Mənsimovu nələr bağlayıb?
Ölkə gündəminin əsas mövzularından olan Ramiz Mehdiyev və onun xəyanətkar şəbəkəsi ətrafında müzakirələr səngimir, eyni zamanda “boz kardinal”a açılan cinayət işinin əhatə dairəsi gün keçdikcə genişlənir. Mehdiyevlə əlaqəli adamların siyahısına da mütəmadi şəkildə yeni adlar əlavə olunur. Son olaraq Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun da “boz kardinal”la gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə, bu iki fiqur arasında körpü rolunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb. Pravda.az “Unikal”a istinadən bildirir ki, əslində Mənsimov Türkiyədə yaşasa və biznesini bu ölkədən idarə etsə də, onun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya amili mühüm yer tutur. Belə ki, o, dənizçilik sahəsində fəaliyyətə məhz Rusiyadan alaraq İstanbula gətirdiyi gəmi ilə başlayıb. Ona məxsus “Palmali” şirkəti qısa vaxtda hədsiz böyüyüb və bir ara Mənsimov özünün 100-dən artıq gəmisi ilə Aralıq dənizi, Ağ dəniz və Qara Dəniz arasında Rusiya neftinin nə az, nə çox, düz 75 faizini daşıyırdı.
İddialar bu yöndədir ki, əvvəllər Mənsimov sadəcə biznes fəaliyyətinə üstünlük verib; lakin bəlli müddətdən sonra o, sahib olduğu böyük kapital sayəsində başgicəllənməsi yaşamağa başlayıb və əlaltından Türkiyədəki müəyyən siyasi dairələrlə qaranlıq münasibətlərə girib. Bu isə onun sonda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə təqsirləndirilməsinə və həbsə atılmasına gətirib çıxarıb.
Həmin vaxt, 2021-ci ildə Mənsimovun azadlığa buraxılması üçün Allahşükür Paşazadənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktub yayıldı. Məlum oldu ki, Paşazadə bu məktubu imzalamaq üçün onu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı, Azərbaycandakı digər dini icmaların rəhbərlərini belə səfərbər edib.
Bundan xeyli əvvəl isə QMİ rəhbəri ilə “Palmali” sahibinin ailəvi şəkildə yaxın münasibətdə olduqları barədə ölkə mediası bildirmişdi. 2023-cü ildə onun qalmaqallı iş adamı Mənsimovun atasının Bakıda keçirilən “üç” mərasimində iştirak etməsi də deyilənləri təsdiqləyirdi.
İddialar bu yöndədir ki, Mehdiyevlə Mənsimov arasında əlaqələrin qurulmasında da QMİ rəhbəri mühüm rol oynayıb. Bu “üçbucağın (Mehdiyev-Paşazadə-Mənsimov) yaranmasında başlıca faktor isə onların üçünün də Rusiyanın yüksək dairələri ilə yaxşı münasibətləridir. “Boz kardinal”la hər şey aydındır, Mənsimovun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya faktoruna bir qədər yuxarıda toxunmuşduq. Paşazadə isə hələ sovet dövründən Moskvanın etimadını qazanmış, məhz bu səbəblə o zamanlar QMİ rəhbərliyinə gətirilmiş şəxsdir. 2015-ci ildə o, Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib. Həmin il mayın 29-da QMİ-də bununla bağlı təqdimat mərasimində Rusiyanın Azərbaycanda ovaxtkı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilginc fikirlər səsləndirmişdi. Sitat: “Rusiya Prezidentinin Fəxri Fərmanı ölkənin rəsmi mükafatı sayıldığından digər orden və medallara bərabər tutulur. Şeyxülislam həzrətləri həm sovet dövründə, həm də müstəqillikdən sonra Rusiyanın müxtəlif orden və medalları ilə təltif olunub. Lakin bunlar Fəxri Fərmanın əhəmiyyətini azaltmır. Əksinə, bu, bir daha sübut edir ki, Siz qarşıya qoyduğunuz ali məqsədlər uğrunda yenə də əzmlə çalışırsınız və Rusiya dövləti Sizin bu fəaliyyətinizi yüksək dəyərləndirir”.
Bütün bunlar fonunda Şeyxülislamın Azərbaycandakı xəyanətkar şəbəkənin rəhbəri Ramiz Mehdiyevlə yaxınlığı yəqin ki, təəccüblü deyil. Hətta QMİ rəhbərinin deputat qardaşı Cavanşir Paşazadə də bu günlərdə də mediaya açıqlamasında Şeyxin “boz kardinal”la münasibətlərini gizlətməyib.
Onu da deyək ki, 2020-ci ildə o zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu tutan Ramiz Mehdiyevin adına açılan hesabdan ilginc paylaşımlar edilmişdi. Həmin paylaşımlardan bəzilərində Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə çağırışlar yer almışdı. Lakin AMEA-dan həmin günlərdə açıqlama verilərək sözügedən hesabın saxta olduğu bildirilmişdi. Lakin belə görünür, həyatda heç nə təsadüfi baş vermir…
İndiki vəziyyətdə biz “Mehdiyev işi”ndə ortaya çıxan yeni adlardan və sensasiyalı “üçbucaq”dan bəhs edirik. Bu adları hansı konkret maraqların bir araya gətirdiyi, Türkiyədəki həbsindən sonra biznesmenliklə yanaşı, siyasi perspektivlər barəsində düşündüyünə şübhələr qalmayan Mənsimovun həmin “üçbucağa” niyə daxil edildiyi yəqin ki, zaman keçdikcə daha dəqiq ortaya çıxacaq…
Pravda.az

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Nataliya Əliyeva kimdir və nələri bilir? - VİDEO
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12