Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto
2025-12-20 , 13:14

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib.

“Qafqazinfo” xəbər verir ki, əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yer alıb.
Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.