Şabranın icra başçısı yenidən məhkəməyə müraciət etdi – yerli sakinləri həbs etdirməyə çalışır
Ötən ili Şabran və Xaçmaz Rayon məhkəmələri arasında yola salan Şabranın icra başçısı sakitləşmək bilmir. Başçı xüsusi ittiham qaydasında verdiyi şikayətlərin məhkəmələr tərəfindən icraata qəbul edilmədiyini qəbul etmək istəmir.
Musavat.com xəbər verir ki, məhkəmə icra başçısının şikayətlərini qəbuledilməz şikayətlərini yeniləməklə yenidən Şabran məhkəməsinə üz tutub. İcra başçısının “qəzəbinə” tuş gələnlər Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovdur.
Bu dəfə Şabran Rayon Məhkəməsi Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi eyniməzmunlu, başqa formalı şikayəti geri qaytarmayıb. Asif Hüseynov Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradovun həbsində israrlıdır.
Başçı ötən müraciətlərinə olduğu kimi, bu dəfə də Muradovların Cinayət Məcəlləsinin 147-ci (böhtan), Məhəmməd Məmmədovun isə 147-ci maddə ilə yanaşı, 148-ci (təhqir) maddəsi üzrə xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edir. Asif Hüseynovu narazı salan əsas məqam sakinlərin mətbuat vasitəsilə onlardan aldıqları arpanın pulunu tələb etmələri olub. Şabran rayonunun Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətlənib. Kənd sakini iddia edib ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satıb, lakin bu günə qədər pulunu ala bilməyib. Arpa satılarkən icra başçısı şəxsən onların evinə gəldiyi üçün ona inanılıb və alış-verişlə bağlı hər hansı yazılı sənəd tərtib edilməyib. “Yox, sənəd yox idi. Elə-belə inandıq. Dedik ki, bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim? Ayıbdır axı. Dedi, verdim. Mən də inandım ki, bu boyda adam yalan danışmaz”, – Vüsal Muradov BBC Azərbaycancaya bildirib.
Muradov qeyd edib ki, 1995-ci ildən toxumluq arpa əkini ilə məşğul olub və ailəsi bu təsərrüfat hesabına dolanıb: “Üç ildir icra başçısı pulu vermədiyi üçün sahəmizi normal əkib-becərə bilmirik. İşlərin qızğın vaxtıdır, texnika düzəlməlidir, xərclər var. Pulumuzu vermir ki, işimizi görək”. Kənd sakini bildirib ki, pulunu almaq üçün müvafiq qurumlara müraciət etsə də, nəticə əldə olunmayıb. Prezident Administrasiyasının əməkdaşı Habil Əzməmmədov 2025-ci il oktyabrın 20-də BBC-yə açıqlamasında icra başçısının vətəndaşı qəbul etməməsi məsələsinə aydınlıq gətiriləcəyini və gün ərzində görüşün təmin ediləcəyini bildirib. Şikayətlə bağlı isə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunub: “Burada arbitr məhkəmədir. Hərə öz sübutunu ortaya qoymalıdır. Məhkəmə araşdırmalı və qərar verməlidir ki, kim etibar və inamdan sui-istifadə edib. 15 ton taxıl bir nəfərin işi deyil, şahidlər də olacaq”, - deyə Habil Əzməmmədov qeyd edib. 2025-ci il oktyabrın 20-də ailə BBC-yə şikayətdən sonra icra başçısının onlarla görüşmək istədiyini bildirib. Bundan bir neçə gün sonra Şabran Rayon Məhkəməsinə Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub.
O zaman məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, cavabdehlərin müraciət etdikləri media resursu Xaçmaz rayonu ərazisində yerləşir. Bu əsasla işə Şabran Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı qərara alınmışdı. Asif Hüseynov bundan sonra Xaçmaz Rayon Məhkəməsinə müraciət etsə də, bu instansiya da şikayəti qəbuledilməz hesab etmişdi.
Asif Hüseynov məhkəmədə həbslərini tələb etdiyi təkcə Muradovlar deyildi. O, Qarabağlı qəsəbə sakini Məhəmməd Məmmədova qarşı Şabran məhkəməsinə iddia vermişdi. Səbəbi yenə də vətəndaşın mətbuata verdiyi açıqlamalar olub.Məhəmməd Məmmədov mətbuata açıqlamasında iddia edib ki, icra başçısı 2021-ci ildən Qarabağlı kəndi yaxınlığındakı 120 hektar örüş sahəsini zəbt edib. Nəticədə kəndlilər mal-heyvanlarını örüşə çıxara bilmirlər və məcbur qalıb kəndi tərk edirlər. Ərazidə dövlət hesabına qazılmış artezian quyularından da istifadə imkanları məhdudlaşıb. Bu açıqlamalardan sonra icra başçısı vətəndaşı böhtan və təhqirdə ittiham edərək onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Hələlik icra başçısının Məhəmməd Məmmədovla bağlı mövqeyi aydın deyil. Belə məlumatlar var ki, icra başçısı Məhəmməd Məmmədovun həbsinə digər yollarla nail olmağa çalışır.
OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi- Arpanı alıb, pulunu vermir - VİDEO
Prezident bu şəxsləri əfv etdi - Siyahı
“TikTok”da təhqir olunan şəxs hara müraciət etsin?
Prezident hakimlər təyin etdi - Siyahı
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Prezidentin cavablandırdığı suallar - Tam mətn
Prezident sərəncam imzaladı
Media nümayəndələri təltif edildi - Siyahı
“Məni həbs edin, canım qurtarsın…” – Şərurlu İsfəndiyar
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Vəkillər Kollegiyasının sədri Anar Bağırov üçün əlamətdar gün 2026-06-19 , 11:35
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı 2026-06-18 , 17:11
“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!” 2026-06-18 , 17:10
6 günlük qızına məclis etdi - Video 2026-06-18 , 17:05
"Zalı bağlatdırıb konsertə tək baxa bilər, amma məndən dəvətnamə istəyir" 2026-06-18 , 16:03
Zəhranın sevgilisi: “Bir yarım məzara getdi...” - FOTO 2026-06-18 , 15:56
"Övladım olsaydı, xoşbəxt qadın olardım" - VİDEO 2026-06-18 , 15:37
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-18 , 15:26
Aysel marketdən aldığı peçenyədən zəhərlənib - Foto 2026-06-18 , 15:23
Kəmalə Ağazadədən xəbərdarlıq: “Xırdalan nəzarətə götürülməlidir” 2026-06-18 , 15:21
Fərhad Mehdiyev susmadı: “Qızım nə videolar çəkibsə, yaxşı edib” 2026-06-18 , 14:45
“Azəriqaz”da müəmmalı kadr siyasəti: Qazini belə incidirlər – Şikayət 2026-06-18 , 14:42
“Kaş yaşayardı, o videoları çəkməyə davam edərdi” – Fərhad Mehdiyev qızından danışdı 2026-06-18 , 14:39
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” 2026-06-18 , 14:38
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb 2026-06-18 , 14:37
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO 2026-06-18 , 14:21
"3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm" 2026-06-18 , 14:15
"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı 2026-06-17 , 18:10
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir... 2026-06-17 , 16:54
Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video 2026-06-17 , 16:49
"Yazırlar ki, gül kimi qız estetik etdirir" 2026-06-17 , 16:46
Prezident bu şəxsləri təltif etdi - Siyahı 2026-06-17 , 16:42
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 2026-06-17 , 16:41
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir” 2026-06-17 , 16:32
"Könül Kərimovanın oğlunun səsi yoxdur" 2026-06-17 , 16:30
Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın VİDEOsu 2026-06-17 , 16:23
Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOsu 2026-06-17 , 16:20
Müəllimlərin geyimi ilə bağlı yanlış təqdimat - Əslində necə olacaq? 2026-06-17 , 16:18
Bir vəkil Kollegiyadan xaric edildi, 5-i cərimələndi 2026-06-17 , 16:11
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO 2026-06-16 , 17:33
Sevda Yahyayeva həyat yoldaşını öpüşlərə qərq etdi - Video 2026-06-16 , 17:01
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 2026-06-16 , 16:52
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar 2026-06-16 , 16:51
“Kloun” serialının 74 yaşlı “İvet”i çimərlik geyimində – Video 2026-06-16 , 16:48
Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto 2026-06-16 , 16:45
"Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdim" 2026-06-16 , 16:43
Afaq Aslan təcili xəstəxanaya yerləşdirildi - VİDEO 2026-06-16 , 16:40
Azərbaycanlı çoban amansızcasına döyüldü 2026-06-16 , 16:38
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır 2026-06-16 , 16:34
Kərimdən ana olan Çinarəyə xüsusi jest - VİDEO 2026-06-16 , 16:32
Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı” 2026-06-16 , 16:24
Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol” 2026-06-15 , 20:39
Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO 2026-06-15 , 20:31
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO 2026-06-15 , 20:26
Ərdoğan Azərbaycanı təbrik etdi 2026-06-15 , 20:19