Özəl klinikalarda ölüm halları artır, Günel Əliyevanın təşkilatı isə susur…
Azərbaycanda müxtəlif peşə təşkilatları və sahəvi assosiasiyalar fəaliyyət göstərir. Bu qurumların əksəriyyəti ictimai institut kimi çıxış etsə də, onların real fəaliyyəti, qərar mexanizmləri və təsir imkanları cəmiyyət üçün böyük ölçüdə qaranlıq qalır. Qapalı idarəçilik, məhdud ictimai hesabatlılıq və yalnız zəruri hallarda görünən formal açıqlamalar bu assosiasiyaların ümumi fəaliyyət modelinə çevrilib. Ancaq onlar daha çox səhər yeməkləri, ziyafətlər və qapalı tədbirlər zamanı bir araya gəlirlər.
ÖTMA öz fəaliyyət sənədlərində kifayət qədər iddialı məqsədlər irəli sürür. Assosiasiyanın əsas istiqamətləri arasında özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin müasir keyfiyyət standartlarına cavab verməsi üçün təkmilləşdirilməsinə kömək etmək, eləcə də üzv olan tibb müəssisələrində xəstə təhlükəsizliyi və klinik etik standartların yüksəldilməsinə dəstək göstərmək xüsusi yer tutur. Bu məqsədlər kağız üzərində həm cəmiyyət, həm də səhiyyə sisteminin dayanıqlı inkişafı baxımından vacib görünür. Lakin real vəziyyətlə bu bəyanatlar arasında ciddi ziddiyyət formalaşıb.
Son illər özəl tibb müəssisələri ilə bağlı mediada yayımlanan məlumatlar cəmiyyətdə narahatlıq doğurur. Əməliyyat zamanı və ya tibbi müdaxilələrdən sonra ölüm halları, ağır fəsadlarla nəticələnən prosedurlar, yanlış diaqnozlar və həkim səhlənkarlığı ilə bağlı xəbərlər artıq nadir istisna yox, sistemli problem kimi gündəmə gəlir. Daha təhlükəli məqam isə bəzi hallarda tibbi xidmət göstərən şəxslərin müvafiq sertifikat və icazə sənədlərinə malik olmaması, ixtisas uyğunluğu olmayan sahələrdə fəaliyyət göstərməsi ilə bağlı iddialardır. Bu cür faktlar fonunda özəl səhiyyə sektorunun əsas təmsilçisi kimi çıxış edən assosiasiyanın fəaliyyəti və məsuliyyəti sual altına düşür.
ÖTMA dövlət nəzarət və cəzalandırma funksiyasına malik qurum olmasa da, assosiasiya statusu ona üzvlük mexanizmləri və daxili peşə standartları vasitəsilə real təsir imkanları yaradır. Beynəlxalq təcrübədə analoji qurumlar üzv klinikalar üçün minimum keyfiyyət və təhlükəsizlik tələbləri müəyyən edir, etik kodeksə əməl olunmasını üzvlüyün əsas şərti kimi irəli sürür və ciddi pozuntular zamanı üzvlüyün dayandırılması mexanizmlərini işə salır. Azərbaycanda isə bu cür mexanizmlərin ÖTMA tərəfindən sistemli şəkildə tətbiq edildiyinə dair ictimaiyyətə açıq, şəffaf məlumatlar görünmür.
İnsan həyatı ilə bağlı olan belə həssas məqamlarda assosiasiyanın susqun mövqeyi onun öz nizamnamə missiyası ilə ziddiyyət təşkil edir və cəmiyyətin assosiasiyaya olan etimadını zəiflədir.
Medianın və qurmun sosial media hesablarının analizi göstərir ki, ÖTMA-nın fəaliyyəti daha çox görüşlər, tədbirlər və ümumi xarakterli açıqlamalarla yadda qalır. Halbuki səhiyyə kimi yüksək riskli və insan həyatı ilə birbaşa bağlı sahədə assosiasiyanın effektivliyi təşkil etdiyi tədbirlərin sayı ilə deyil, üzv müəssisələrin fəaliyyətində yaratdığı real dəyişikliklə ölçülməlidir. Xəstə təhlükəsizliyi ilə bağlı problemlərin davam etdiyi şəraitdə assosiasiyanın konkret mövqeyinin görünməməsi, üzv müəssisələrin fəaliyyəti ilə bağlı açıq qiymətləndirmə aparmaması və ictimai hesabatlılıq nümayiş etdirməməsi onun təsir imkanlarını formal çərçivədə saxlayır.
Assosiasiyanın İdarə Heyətinin sədri “Mediland” hospitalın baş həkimi olan Günel Əliyevadır. Maraqlıdır, Günel Əliyeva üzv klinikalarda xəstələrin qarşılaşdığı çoxsaylı problemlər, ölüm və şikəstlik halları, eləcə də maliyyə pozuntuları ilə bağlı assosiasiya rəhbəri kimi hansı mövqedən çıxış edir, hansı əməli addımlar atılır?
Medianın təhlili göstərir ki, onun bu məsələlər ətrafında konkret mövqeyi və fəaliyyəti ilə bağlı ciddi bir məlumat yoxdur. Bu isə suallar doğurur: assosiasiyanın əsas vəzifəsi üzv klinikaların qanuni və təhlükəsiz fəaliyyətini təmin etməkdir, yoxsa bəzi hallarda qanunsuzluğa yol verən müəssisələri qorumaq üçün formalaşdırılıb?
Özəl Tibb Müəssisələri Assosiasiyasının üzvləri arasında ölkənin ən bahalı xidmət göstərən klinikalar və tibb mərkəzləri də yer alır. Bu klinikalarda qiymətlər bir çox hallarda “dodaq uçurdan” səviyyədədir. Maraqlıdır ki, eyni assosiasiya, səhiyyə maarifləndirməsi və ya ictimai layihələr üçün dövlətin donor qurumlarına müraciət edərək qrantlar əldə edir. Bu vəziyyət suallar doğurur: əgər ən xırda tədbir üçün belə maliyyə dəstəyi dövlət tərəfindən təmin olunursa, assosiasiyanın, onun zəngin üzvlərinin ictimai faydalılığı nədədir? Bu maarifləndirmə və təbliğat işlərini dövlət qurumları və ya digər qeyri-hökumət təşkilatları da həyata keçirə bilməzdimi?
Eyni zamanda xatırladaq ki, Günel Əliyevanın baş həkim olduğu “Mediland” hospital ilə bağlı mediada çoxsaylı ittihamlarla üzləşib. Məsələn, mediada yayılan xəbərlərə görə, 64 yaşlı qadın həmin klinikada MRT zamanı komaya düşüb ki, iş hüquq-mühafizə orqanları səviyyəsində araşdılıb.
Editor.az mövzu ilə bağlı Özəl Tibb Müəssisələri Assosiasiyasının da mövqeyini öyrənərək dərc etməyə çalışacaq.
Editor.az
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Azərbaycanda kazino biznesinə icazə verilərsə BÜDCƏ NƏ QƏDƏR QAZANAR?
“Hami və heç kim üçün…” – Bakıda 55 minlik özəl məktəblərdə təhsil alanlar kimlərdir? (Araşdırma)
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14