Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət
2026-01-12 , 13:31

Bakıda fəaliyyət göstərən məşhur mağazalar şəbəkəsi satılıb.


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "MAPLE TRADING" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Grab Star" ərzaq və şirniyyat mağazalar şəbəkəsi yeni yaradılan "Grand Novatra" MMC-yə keçib.

"MAPLE TRADING" MMC-nin qanuni təmsilçisi iş adamı Məmmədov Anar Zakir oğludur. O, mağazalar şəbəkəsini satdıqdan sonra şirkətini də bağlayıb.


Məlumata əsasən, Anar Məmmədovun şirkəti bağlamasından sonra xeyli sayda işçi onun qanunsuz əməlləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib.

Qeyd edək ki, 25 avqust 2025-ci il tarixində dövlət qeydiyyatına alınan "Grand Novatra" MMC ləğv edilmiş "MAPLE TRADING" MMC ilə eyni ünvanda – AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 191, mənzil 26-da yerləşir.

Yeni yaradılan "Grand Novatra” MMC-nin qanuni təmsilçisi Qürbət Əliyev Əlimeyran oğludur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.