Ramiz Mehdiyevin çirkli pulları, çökən bankı - “Bank BTB” bağlanır
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq davam etdiyi bir vaxtda onun ailəsinə məxsus bankın iflas həddində olması xəbəri gəlib.
“Bank BTB” ASC-nin fəaliyyəti ilə Mehdiyevin üzləşdiyi maliyyə maxinasiyası ittihamı arasında əlaqənin olacağı da istisna görünmür.
Bir zamanlar “boz kardinal”ın ailəsinə bağlı bank kimi tanınan “Bank BTB”nin bu gün zərər, şikayət və reputasiya böhranı ilə üz-üzə qalması təsadüfdürmü? Yoxsa bu, Mehdiyev epoxasının maliyyə sonluğudur?
Ramiz Mehdiyevə qarşı irəli sürülən ən ağır ittiham dövlətə xəyanət maddəsi üzrə istintaqa cəlb olunmasıdır. Bu ittiham çərçivəsində onun dövlət institutlarını zəiflədən proseslərdə rolu, hakimiyyət daxilində kölgə təsir mexanizmləri, xarici təsir mərkəzləri ilə mümkün əlaqələri araşdırılır. Bu tip fəaliyyət siyasi təsir rıçaqları ilə yanaşı, maliyyə dayaqları olmadan mümkün deyil. Məhz bu nöqtədə bank məsələsi ortaya çıxır. Mətbuatda Ramiz Mehdiyev PA rəhbəri olduğu dövrdə kadr təyinatlarına, iqtisadi qərarlara, nəzarət orqanlarının fəaliyyətinə qeyri-rəsmi təsir göstərməsi haqda müxtəlif səpkili yazılar var. Bu təsirin maliyyə ayağının isə ailə üzvləri üzərindən idarə olunan biznes strukturları olduğu bildirilir.
“Bank BTB”nin əsas səhmdarının Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olması bu baxımdan xüsusi diqqət çəkir. Ramiz Mehdiyev bankın ona məxsus olmadığını desə də, ailə üzvləri üzərindən nəzarət modeli postsovet siyasi sistemlərinə kifayət qədər tanışdır. Araşdırıldığı bildirilən əsas epizodlardan biri də Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı maliyyə şəbəkəsidir. Bura formal sahiblər vasitəsilə gizlədilən aktivlər, bank sektoru ilə bağlı əlaqələr, kredit və hesablaşma mexanizmlərindən sui-istifadə iddiaları daxildir. “Bank BTB”nin son 3 ildə ardıcıl zərərlə işləməsi, kapitalın azalması və maliyyə dayanıqlığının zəifləməsi bu şübhələri daha da gücləndirir. Ramiz Mehdiyevə bağlı strukturlar vasitəsilə mənşəyi tam açıqlanmayan vəsaitlərin dövriyyəyə buraxılması, bank əməliyyatları üzərindən pulların “yuyulması”, şübhəli kredit əməliyyatları ehtimal olunur. Bank sektorunda belə ehtimalların özü belə lisenziyanın geri çağırılması üçün ciddi risk sayılır.
Mərkəzi Bankın statistik məlumatlarında “Bank BTB” müştəri şikayətləri üzrə ön sıralarda yer alır. Kredit narazılıqları, ödəniş problemləri, xidmət keyfiyyətinin aşağı olması, bütün bunlar bankın təkcə maliyyə yox, idarəetmə böhranı yaşadığını göstərir. Görünən odur ki, “Bank BTB” üçün Ramiz Mehdiyevin “çətiri” altında siyasi qoruma dövrü bitib və sürətli çöküş dövrü başlayıb. Ramiz Mehdiyevin siyasi səhnədən gedişindən və istintaqa cəlb olunmasından sonra bir vaxtlar ona bağlılığı üzərindən toxunulmaz sayılan strukturlar - media, fondlar, bizneslər və “Bank BTB” də artıq açıq risk zonasındadır.
Hazırda bankla bağlı konkret qərar olmasa da, rəqəmlər danışır, “Bank BTB” bağlanır.
OXŞAR XƏBƏRLƏR

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır
Mehdiyevin Qəbələdə 3 villası varmış – Ən dəbdəbəlisini nazir hədiyyə edib
Ramiz Mehdiyevin milyonluq hədiyyələri - icra başçılarının tikdirdiyi villalar və mənzillər — SİYAHI
Gəzmədiyi nazirlik qalmayıb — Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı?
Ramiz Mehdiyevin xəyanət komandası: Rusiyanın Bakıda qurduğu 5-ci kolon ləğv edilir, daha kimlər həbs ediləcək...
Mehdiyevi xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Prezident bu şəxsləri əfv etdi - Siyahı
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55