Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Gültəkin Hacıbəyli Bakıya gətirildi

Gültəkin Hacıbəyli Bakıya gətirildi

Gültəkin Hacıbəyli Bakıya gətirildi
2026-02-12 , 11:45

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

Musavat.com xəbər verir ki, məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Fransada yaşayan Fuad Qəhrəmanlı Facebook səhifəsində paylaşıb.
O bildirib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır.
Məsələ ilə bağlı heç bir rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, Gültəkin Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı.
O, İstanbulda yaşadığı ünvanda hüquq-mühafizə orqanları tərəfindən tutulmuş və daha sonra Arnavutköy deportasiya mərkəzinə aparılmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.