Hesab vaxtıdır, bacılar-qardaşlar...
Azərbaycan dövlətinin, xalqımızın taleyində tarixi proseslər baş verir. Müstəqil Azərbaycan məhkəməsi müharibə cinayətlərində ittiham edilən Ruben Vardanyanı bu gün 20 il azadlıqdan məhrum etdi.
İşğaldan azad edilmiş ərazilərimizə bu gün daha bir qayıdış karvanı yola düşdü. Keçmiş köçkün azad edilmiş ərazilərə qovuşur. Eyni vaxtda müharibə cinayətkarları azadlıqdan məhrum edilir!
-İlahi Ədalət. - Məhkəmənin hökmü!
-Allahın hökmü!.. Təqvimə baxaq. Az qala hər ayda bir işğal tarixi var idi.
Məsələn, fevralın bir adı da Xocalı soyqırımı idi.
Bu aya Çingiz Mustafayevin hönkürtülü harayına qarışmış helikopter mühərrikinin səsi ilə keçirdik.
…Aprelin başqa adı-işğal Kəlbəcər idi, …may-məğlub Şuşa və məğlub Laçın,
…İyul-süqut Ağdam ayı idi.
…Avqust-işğal Cəbrayıl, işğal Qubadlı və işğal Füzuli ayı idi.
… Oktyabrın iki başqa adı var idi: İşğal Xocavənd və işğal Zəngilan.
Hər il, hər ay utanıb yerə girirdik. “Xəcalətli düşmənin olsun!” deyirik. Amma düşmən yox, biz idik xəcalətli. Qəhrəman Xalq adını, Aciz Xalq adına dəyişmişdik. Məğlubiyyətə şikəst övladımız kimi bağlanmışdıq. Onu sevirdik. Bizi xarici ölkələrdə, beynəlxalq tədbirlərdə məğlubiyyətimizlə tanıyıb “yuxarı” başa keçirir, “ehtiram” göstərirdilər.
Əslində isə onların bizə yazığı gəlirdi. Təkcə torpaqlarımızı deyil, həm də ümidimizi, məğrurluğumuzu, başucalığımızı itirmişdik. İşğal etdirdiyimiz rayonların adlarını şadlıq saraylarına, restoranlara verməklə təskinlik tapırdıq. Düşmən yalnız qız-gəlinlərimizi əsir götürməmişdi. O bizim ruhumuzu, özünəinamımızı əsir almışdı. Böyük azərbaycanlını “heç olmasa, bir kəndimizi qaytarsaydılar?!” diləyinə qədər kiçiltmişdilər. Ta ki Prezident İlham Əliyevin iradəsi ilə torpaqlarımız işğaldan azad edilənədək.
Biz o idik. Yazıq. Zavallı. Zəif. Məğlub azərbaycanlı.
Ta İlham Əliyev müqəddəs azadlıq müharibəsində qalib olanadək.
.jpg)
İlham Əliyev düşməni kapitulyasiyaya, ağ bayraq qaldırmağa məcbur etdi. O, BMT Təhlükəsizlik Şurasından da, ATƏT-in Minsk qrupundan da, 907-ci düzəlişdən də üstün oldu. Ermənistan Yekun Sülh Sazişinə Azərbaycanın şərtləri ilə gedir. Düşmənin xaraba qoyduğu yerlərin qurulması, bərpası İlham Əliyevin adı ilə bağlıdır. Xalqın ruhu özünə Böyük Qayıdışla dönür.
İlham Əliyev Dövləti, Bayrağı, Gerbi, Himni bərpa etdi.
O, xalqımızı, hər birimizi qorudu.
Tariximizi qorudu.
Qürurumuzu, Milli mənliyimizi qorudu!
Tarixinin ən şərəfli, ən dəyərli, başıuca, üzüağ, alnıaçıq çağlarını yaşayan Azərbaycan xalqının hər bir üzvü də bu gün (sabah və həmişə…) İlham Əliyevi qorumalıdır.
Prezident hər bir azərbaycanlının şərəfini qorudu!
Hər bir əsl azərbaycanlının.
Hər bir əsl azərbaycanlı da Prezident İlham Əliyevin şərəfini qorumalıdır! Onu hədəfə alan kəs qarşısında bizi, hər birimizi görməlidir! Yəni aydın deyil ki, uzun müddətdir internet resurslarında, ayrı-ayrı yutub kanallarında Prezidentə qarşı qara hərəkata başlayanların əsas məqsədi Xalqın Qələbəsini oğurlamaq, diqqəti bütün tariximizin ən böyük Nailiyyətindən - Azərbaycanın Böyük Qələbəsindən yayındırmaqdır?! Qələbənin Əsas müəllifi İlham Əliyev və ailəsi də ona görə hədəf seçilib ki, şahidi, iştirakçısı olduğumuz möcüzəni adiləşdirib gözümüzdən Zəfər rəmzini salsınlar. Azərbaycanın müstəqil dövlət tarixinin yeganə qalib liderinin üzərinə gələnlər istisnasız olaraq rəqəmsal platformalardan istifadə edir. Axı bu platformalarda biz də varıq. Görün bir nə qədərik?! 100 minlərlə, milyonlarla! On milyonlarlayıq! Hər birimizin hesabı var. Hesab vaxtıdır, bacılar-qardaşlar...
Prezident və Birinci xanım özünü müdafiə etməməlidir. Biz etməliyik və bunu da elə etməliyik ki, hamı görsün: Hər birimiz İlham Əliyevik!
Mir Şahin, xüsusi olaraq “Qafqazinfo” üçün
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO
Laçında bayram ab-havası... - Video + Fotolar
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12