Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli Əhmədovun oğlu özəl klinikasındakı vəzifəsindən getdi

Əli Əhmədovun oğlu özəl klinikasındakı vəzifəsindən getdi

Əli Əhmədovun oğlu özəl klinikasındakı vəzifəsindən getdi
2026-02-24 , 16:29

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov bir neçə gün əvvəl Nizami Tibb Mərkəzinə baş həkim təyin edilib. Təyinat baş tutan gün Fikrət Əhmədovun Bakıda özəl klinikasının olduğu barədə məlumat vermişdik. Belə ki, o, "Megapol" klinikasının direktoru idi.


Yenilik.az Unikal-a istinadən xəbər verir ki, Fikrət Əhmədov artıq özünə məxsus "Megapol" klinikasının direktoru vəzifəsindən ayrılıb.

Qeyd edək ki, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol” klinikası 2019-cu ildən fəaliyyət göstərir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.