Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İsa Həbibbəyli alimlərin iclasda yatması xəbərindən DANIŞDI

İsa Həbibbəyli alimlərin iclasda yatması xəbərindən DANIŞDI

İsa Həbibbəyli alimlərin iclasda yatması xəbərindən DANIŞDI
2026-02-26 , 08:57

Dünən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda diqqət çəkən məqamlardan biri elmi müzakirələrin aparıldığı vaxt bəzi alimlərin mürgüləməsi ilə bağlı yayılan görüntülər olub. Həmin kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yenilik.az xəbər verir ki, Manset.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ilə əlaqə saxlayıb. O, elm adamlarının iclas zamanı yuxuya getməsi ilə bağlı yayılan məlumatları təkzib etməyə çalışıb:
"Mən kimlərinsə yatdığını görməmişəm. Belə bir halın şahidi olmamışam. İclas yüksək səviyyədə keçirildi, qarşıda qoyulan məqsədlərə cavab verdi və yekunlaşdırıldı. Belə xırda məsələlərlə işimizə kölgə salmaq doğru deyil".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.