Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş – ADLAR

Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş – ADLAR

Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş – ADLAR
2026-03-17 , 23:03

Səhiyyə Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunda fəaliyyət göstərən “Verteba” klinikasında yoxlama keçirilib.


Yenilik.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, keçirilən yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan “fizioterapevtik” işi üzrə masaj proseduralarının həyata keçirilməsi aşkar edilib.

Həmin fəaliyyət Səadət Nəsibova, Urqaya Rzayeva və Pəri Nərimanova tərəfindən həyata keçirilib.

Nəticədə nazirlik tərəfindən klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, “Verteba” klinikası 6000 manat cərimələnib.

Qeyd edək ki, “Vertebra” Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyevadır. Holdinqin rəhbəri isə İlqar Əliyevdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.