Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Səidə Bəkirqızı: "Şəhid atası var ki , onun-bunun adına pul götürür, QAYTARMIR"

Səidə Bəkirqızı: "Şəhid atası var ki , onun-bunun adına pul götürür, QAYTARMIR"

Səidə Bəkirqızı:
2026-04-04 , 15:37

Aparıcı Səidə Bəkirqızı səsləndirdiyi fikirlərlə gündəmdədir.

O, çıxışı zamanı cəmiyyətdə baş verən bəzi hallara toxunaraq müzakirələrə səbəb olan açıqlama verib. Aparıcı bildirib ki, bəzi şəxslər statuslarından sui-istifadə edir:
"Şəhid atası var ki, gedir onun-bunun adına pul götürür, qaytarmır, deyir şəhid atasıyam..."
Səidə Bəkirqızı bu kimi halların doğru olmadığını vurğulayaraq, belə davranışların cəmiyyətdə yanlış təsəvvür yaratdığını qeyd edib. Onun sözlərinə görə, müqəddəs adlardan şəxsi maraqlar üçün istifadə etmək qəbuledilməzdir.
Qeyd edək ki, aparıcının bu açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub. İstifadəçilər məsələ ilə bağlı fərqli mövqelər sərgiləyərək mövzunu geniş müzakirə ediblər./milli.az/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.