Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kəmaləddin Heydərov Badamdardakı sürüşmə sahəsində olub, tapşırıqlar verib - FOTO/VİDEO

Kəmaləddin Heydərov Badamdardakı sürüşmə sahəsində olub, tapşırıqlar verib - FOTO/VİDEO

Kəmaləddin Heydərov Badamdardakı sürüşmə sahəsində olub, tapşırıqlar verib - FOTO/VİDEO
2026-04-05 , 15:05

Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.
Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.