Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bank Avrasiya” çökür

“Bank Avrasiya” çökür

“Bank Avrasiya” çökür
2026-04-16 , 14:49

Azərbaycanda fəaliyyət göstərən banklar 2026-cı ilin 1-ci rübü üçün maliyyə nəticələrini açıqlayıblar.

Tribuna.az maliyyə hesabatlarına əsasən bankların mənfəət və zərər göstəricilərini təqdim edir. Ancaq məlum olur ki, “Bank Avrasiya” zərərlə işləyib.
Müştərilər tərəfindən “Bank Avrasiya” ASC-yə yerləşdirilən depozitlərin həcmi də azalıb. Belə ki, hüquqi şəxslərin bankdakı depozitlərində kəskin azalma qeydə alınıb. Hüquqi şəxslərin “Bank Avrasiya”dakı depozitləri son 3 ayda 27% və ya 2 milyon 768,8 min manat azalaraq bu ilin aprel ayının əvvəlində 7 milyon 365 min manata düşüb. Məlumat üçün bildirək ki, “Bank Avrasiya” ASC-nin səhmlərinin 49,5%-i “Azbizneskom” MMC-yə, 49,5%-i “Top Properties” MMC-yə, 1%-i isə Rüstəm Eynullayevə məxsusdur.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.