Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakalavr təhsili ilə bağlı qaydalar dəyişir

Bakalavr təhsili ilə bağlı qaydalar dəyişir

Bakalavr təhsili ilə bağlı qaydalar dəyişir
2026-04-17 , 15:59

Nazirlər Kabineti ali təhsil ixtisaslarının təsnifatı ilə bağlı qərara dəyişiklik edib.


Yenilik.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na yeni bənd əlavə olunub.

Dəyişikliyə əsasən, təsnifata 6.46-cı bənd daxil edilib və "Daşınmaz əmlakın idarə olunması” ixtisası əlavə edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.