Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyədə seçkilərə 36 partiya qatılacaq

Türkiyədə seçkilərə 36 partiya qatılacaq

Türkiyədə seçkilərə 36 partiya qatılacaq
2023-03-11 , 23:50

Türkiyənin Ali Seçki Şurası mayın 14-də keçiriləcək parlament seçkilərində iştirak edə biləcək 36 siyasi partiyanın siyahısını təsdiqləyib.

Yenilik.az xəbər verir ki, bu barədə şənbə günü səsvermənin və seçki təqviminin hazırlanmasına başlayan Şuradan məlumat verilib.
Qurum həmçinin səsvermənin özünün mayın 14-də yerli vaxtla saat 08:00-da başlaması və 17:00-da başa çatması barədə qərar qəbul edib.
Ənənəvi olaraq, sonuncu seçki məntəqəsi bağlanan andan səslərin hesablanması başlayacaq və protokollar baxılmaq üçün Şuraya təqdim olunacaq. Eyni zamanda, emal edilmiş bülletenlərin məlumatları real vaxt rejimində KİV-də dərc olunacaq.
Qeyd edək ki, mayın 14-də prezidentliyə namizədlər və parlamentin tərkibi ilə bağlı səsvermə eyni vaxtda keçiriləcək. Əgər birinci turda ən yüksək dövlət vəzifəsinə namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, prezident seçkilərinin ikinci turu mayın 28-də baş tutacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.