Yenilik.Az
www.Yenilik.Az » Dünya » Kim Çen In danışıqlar aparmaq üçün Rusiyaya xüsusi zirehli qatarla gəlib – İçərisində nələr var? (VİDEO)

Kim Çen In danışıqlar aparmaq üçün Rusiyaya xüsusi zirehli qatarla gəlib – İçərisində nələr var? (VİDEO)

Kim Çen In danışıqlar aparmaq üçün Rusiyaya xüsusi zirehli qatarla gəlib – İçərisində nələr var? (VİDEO)
2023-09-12 , 15:24


Şimali Koreya lideri Kim Çen İn artıq öz qatarı ilə Rusiya ərazisinə daxil olub və sərhədi keçdikdən sonra Xasan stansiyasına gəlib.


Tribunainfo.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo nəşri Rusiya hakimiyyətinə yaxın mənbələrinə istinadən yazır.

Bu məlumatı Rusiyanın dövlət agentliyi RİA Novosti təsdiqləyib. “Kim Çen İnin qatarı Rusiyaya çatıb və Primorye boyunca şimala doğru gedir”, – mesajda deyilir.

Bir gün əvvəl Şimali Koreyanın dövlət xəbər agentliyi Kim Çen İnin Rusiyaya səfər etmək üçün Pxenyanı tərk etdiyini bildirmişdi. Lakin, əslində, paytaxtı bazar günü tərk edib. Şimali Koreyanın dövlət mediası xəbər verir ki, Kimi səfərdə Koreyanın hakim İşçi Partiyasının, hökumətin və ordunun aparıcı rəsmiləri müşayiət edir.

Xəbərdə Kimin gedəcəyi yer barədə ətraflı məlumat verilməyib, lakin Rusiya mediası Vladimir Putinin bazar ertəsi Şərq İqtisadi Forumunun keçirildiyi Vladivostoka gəldiyini yazıb.
Kim və Putin sonuncu dəfə 2019-cu ilin aprelində də Vladivostokda görüşüb. “Kyodo”nun məlumatına görə, bugünkü səfər Koreya diktatorunun o vaxtdan bəri ilk xarici səfəridir, çünki Kim koronavirus pandemiyası səbəbindən heç yerə səyahət etməyib.
Düzdür, 2019-cu ilin iyununda Kim ABŞ-ın o vaxtkı prezidenti Donald Trampla görüşüb. Ancaq bunun üçün ölkəni tərk etməli olmayıb. Görüş Cənubi Koreya ilə sərhəddəki neytral zonada baş tutub.

Amerikanın Bloomberg nəşrinə görə, Putin və Kim arasında Vladivostokda danışıqların əsas mövzusu Şimali Koreya silahlarının Rusiyaya tədarükü məsələsidir. Ukraynada hərbi əməliyyatların yüksək intensivliyi səbəbindən Rusiya ordusunda sursat çatışmır. KXDR-də Rusiyanın ehtiyac duyduğu dəqiq çaplı mərmilərin böyük ehtiyatları var.

Öz növbəsində Şimali Koreya nüvə sualtı qayıqlarının və casus peyklərinin yaradılmasında Rusiyadan texnologiya almağa çalışır. Üstəlik, təcrid olunmuş və son dərəcə primitiv Şimali Koreya iqtisadiyyatı üçün mərmi müqabilində külli miqdarda xarici valyuta almaq belə özlüyündə sərfəli olardı.Məlumata görə, zirehli qatarın maksimal sürəti saatda 54 kilometr olduğundan, sözügedən səfər 20 saat ərzində gerçəkləşib. Kim Çen Inın xüsusi zirehli qatarında 90 vaqon olduğu, bəzi vaqonlarda yalnız nəqliyyat vasitələrinin daşındığı bildirilir. Qeyd olunur ki, həmin vaqonlarda bir neçə xüsusi zirehli “Mersedes” markalı avtomobillər var.
Cənubi Koreya mediası isə yazır ki, qatarda lüks yemək zalı, müxtəlif markalı spirtli içkilərin saxlandığı xüsusi yer, eləcə də mahnı və rəqs şouları nümayiş etdirən çoxlu sayda qadınlar var.
Qeyd edək ki, Ş. Koreya liderinin burada Rusiya rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi, həmçinin Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edəcəyi bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.