Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranın XİN rəhbəri Qətər və Türkiyəyə səfər edəcək

İranın XİN rəhbəri Qətər və Türkiyəyə səfər edəcək

İranın XİN rəhbəri Qətər və Türkiyəyə səfər edəcək
2023-10-31 , 16:04

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətər və Türkiyəyə səfər edəcək.

Bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bəkri məlumat verib.
Onun sözlərinə görə, İran XİN rəhbərinin Qətər və Türkiyədəki görüşləri və müzakirələri Fələstindəki son hadisələrə həsr olunacaq.
“Qətərə səfərindən dərhal sonra (31 oktyabr - Qeyd) Abdullahiyan Türkiyəyə gedəcəyi, orada ölkə rəsmiləri ilə görüşəcəyi və Fələstindəki vəziyyəti müzakirə edəcəyi planlaşdırılır”.//Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.