Yenilik.Az
www.Yenilik.Az » Dünya » Akop Badalyan: Makron Astana və Daşkəndə gedir, amma İrəvana heç ayaq belə basmır

Akop Badalyan: Makron Astana və Daşkəndə gedir, amma İrəvana heç ayaq belə basmır

Akop Badalyan: Makron Astana və Daşkəndə gedir, amma İrəvana heç ayaq belə basmır
2023-11-03 , 16:08

Fransanın hörmətli prezidenti 2021-ci ildən bəri gəzir, səyahət edir, lakin Ermənistana heç ayağını belə basmır.

Musavat.com “caliber.az” saytına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Akop Badalyan Facebook səhifəsində yazıb.
“Son iki gündə Makron Qazaxıstan və Özbəkistanda olub. Çünki burada Fransa üçün həyati əhəmiyyətli bir məsələ var: URAN. Bu uranın demək olar ki, yarısı Afrikadan gəlirdi. Lakin Fransa bu mənbəni Nigerdəki hərbi çevrilişlə itirdi.
“İndi Paris yeni qaynaqlar tapmağa çalışır və təbii ki, gözləri Mərkəzi Asiyaya dikilib…
Orta Asiyada Parisin başına nə gələcək, böyük sualdır, çünki orada maraqlar krateri, məsələn, Qafqazdakından daha böyük və qaynardır.
Bu mənada, Fransa üçün Qafqaz bəlkə də oyunu Mərkəzi Asiyaya yönəltmək üçün bir yol kimi görünür, çünki prioritet Mərkəzi Asiyanın özüdür. Amma burada Çin, Rusiya və Türkiyənin olduğunu xatırlasaq, fransızların təkbaşına burada uğur qazana bilməsi ehtimalı azdır. Unutmayaq ki, Qazaxıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvüdür”,-deyə Badalyan qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.