Yenilik.Az
www.Yenilik.Az » Dünya » Dörd nazir vəzifədən AZAD EDİLDİ

Dörd nazir vəzifədən AZAD EDİLDİ

Dörd nazir vəzifədən AZAD EDİLDİ
2024-02-10 , 13:51

Nazirlər Kabinetinin 2023-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov dörd naziri tutduqları vəzifədən azad edib.

Yenilik.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.
Məlumata görə, Güvanç Orunov başqa işə keçməsi ilə əlaqədar tikinti və memarlıq naziri vəzifəsini boşaldıb, onun yerinə isə əvvəllər nazir müavini vəzifəsində çalışan Abdulla Gəldiyev təyin edilib. Çarıyar Çetiyev isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən nazir postuna yüksəlib. O, başqa işə keçmiş Nazarmırat Nazarmıradovu əvəzləyib.
Berdıməhəmmədov səhiyyə və tibb sənayesi naziri Atagəldi Germanovu da başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edib. Qurumda müalicə-profilaktika işinin təşkili üzrə nazir müavini vəzifəsində çalışan Mırat Məmmədov Səhiyyə Nazirliyinə yeni rəhbər təyin edilib.
Qurbangül Atayeva başqa işə keçməsi ilə əlaqədar təhsil naziri vəzifəsindən azad edilib. Qurumun başına əvvəllər Maqtımqulu adına Türkmən Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Bayramgül Orazdurdıyeva keçib.
Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.