Yenilik.Az
www.Yenilik.Az » Dünya » Fransa diplomatı Ermənistanda qəzaya düşdü - FOTO

Fransa diplomatı Ermənistanda qəzaya düşdü - FOTO

Fransa diplomatı Ermənistanda qəzaya düşdü - FOTO
2024-11-24 , 19:42

Noyabrın 24-də Araqatsotn vilayətində (Ermənistanın qərbində yerləşir – red.) avtomobil qəzası baş verib.

Səhər saat 10:50 radələrində İrəvan-Vanadzor avtomobil yolunun Hartavan kəndinin inzibati ərazisində “Volksvagen Tiquan”, “Leksus” və “Qazel” markalı yük avtomobilləri toqquşub.
"Ölkə.az" xəbər verir ki bu barədə erməni mediası yazıb.
Məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb və “Aparan” tibb məntəqəsinə yerləşdirilib.
Bildirilib ki, “Volksvagen Tiquan” Fransanın Ermənistandakı səfirliyinin balansında qeydiyyatdadır və xəstəxanaya yerləşdirilən də səfirliyin əməkdaşıdır.(Axar.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.