Yenilik.Az
www.Yenilik.Az » Dünya » Dörd ölkə lideri Trampla danışıqlar apardı

Dörd ölkə lideri Trampla danışıqlar apardı

Dörd ölkə lideri Trampla danışıqlar apardı
2025-05-19 , 15:18

İtaliya və Böyük Britaniyanın Baş nazirləri Ciorcia Meloni və Kir Starmer, Almaniya Kansleri Fridrix Mertz və Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampla telefonla məsləhətləşmələr həyata keçirib.

Bu barədə məlumatı İtaliya hökumətinin Mətbuat xidməti yayıb. 
Bildirilib ki, mayın 18-i axşam saatlarında aparılan danışıqların əsas mövzusunu Ukraynadakı münaqişənin nizamlanması məsələsi təşkil edib.
Xatırladaq ki, D.Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacağını açıqlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.