Yenilik.Az
www.Yenilik.Az » Dünya » Xameneinin vurulmuş iqamətgahının peyk görüntüsü - Foto

Xameneinin vurulmuş iqamətgahının peyk görüntüsü - Foto

Xameneinin vurulmuş iqamətgahının peyk görüntüsü - Foto
2026-03-01 , 12:29

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra Tehranda İranın ali lideri Əli Xameneinin iqamətgahında ciddi dağıntılar müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, görüntülər dünən “Airbus Defence and Space” şirkətinə məxsus “Pleiades Neo” peyki tərəfindən lentə alınıb və “Reuters” agentliyi vasitəsilə yayımlanıb.
Yayılan kadrda malikanə ərazisindən qara tüstünün qalxdığı və binanın bir hissəsinin zərər gördüyü müşahidə olunur.
Hücumun miqyası və tikiliyə dəyən ziyanın dəqiq həcmi barədə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, İran Xameneinin sığınacaqda deyil, ofisində vəzifəsini yerinə yetirərkən həlak olduğunu açıqlayıb.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.