Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ

Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ

Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
2026-04-16 , 14:59

Şanlıurfa və Kahramanmaraşdakı təhsil müəssisələrinə edilən hücumlardan sonra Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 81 vilayətindəki bütün məktəblərdə təhlükəsizlik tədbirlərini artırıb.

Tribuna.az xəbər verir ki, məktəblərin ətrafında gücləndirilmiş yoxlamalar aparılır və polis əməkdaşlarının sayı artırılıb.

Yeni qaydalara əsasən, məktəb girişlərində azı iki polis əməkdaşı növbə çəkir.

Dərs saatlarında şagirdlərin və müəllimlərin təhlükəsizliyini təmin etmək məqsədilə, zərurət yarandıqda əraziyə əlavə naryadlar cəlb olunur.

Paytaxt Ankarada polislər artıq ibtidai və tam orta məktəblərin qarşısında fəaliyyətə başlayıblar. Şübhəli şəxslər yoxlanılır və sənəd nəzarəti həyata keçirilir.

Müvafiq qurumlarla koordinasiyalı şəkildə həyata keçirilən bu tədbirlər risk analizləri əsasında davam etdiriləcək.

İstanbulda da nəzarət gücləndirilib. Polis qüvvələri məktəb yaxınlığındakı nəqliyyat vasitələrini yoxlayır və şübhəli şəxslərin şəxsiyyətini müəyyənləşdirir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.