Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Manaf Ağayevin oğlu həbs olunub

Manaf Ağayevin oğlu həbs olunub

Manaf Ağayevin oğlu həbs olunub
2023-03-13 , 21:00

Manaf Ağayevin oğlunun saxlanılmasının təfərrüatı məlum olub.

Yenilik.az xəbər verir ki, Müşfiq Ağayev avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılarkən Müşfiq Ağayevin çox ağır şəkildə sərxoş olduğu məlum olub və o, polislərlə mübahisəyə girişib, onları ağır formada təhqir edib.
Onun haqqında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün protokol tərtib olunub, bundan əlavə, faktla bağlı məlumatlar məhkəməyə təqdim edilib.
Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.