Qayda pozub videosunu paylaşanlara qarşı hansı tədbir görülür?-AÇIQLAMA
"TikTok" sosial şəbəkəsində bir şəxs şəxsi hesabında "yol-hərəkəti" qaydalarını kobud şəkildə pozmasıyla bağlı görüntülərini əks etdirən video paylaşıb. "Məmmədov"- "@bagirli_884" profilində paylaşılan videoda "07" markalı maşının gecə vaxtı yolun sağ, sol hissəsində sürətli ziqzaq hərəkətləri etməsi, avtoxuliqanlıqla müşayiət olunan davranışlar sərgiləməsi əks olunub. Maşının dövlət nömrə nişanı görünməsə də, şəxsin "TikTok" profilinə nəzər saldıqda maşının qeydiyyat nişanı "44 BR 024"- olduğu aydınlaşır. Sürücünün maşının idarəedilməsiylə təhlükəli hərəkətlər etməsi "Yol hərəkəti Haqqında" hansı qanunları pozur, və bu sürücüylə bağlı tədbirlər görüləcəkmi?
İki gün əvvəl məhz eyni tərzdə davranış sərgiləyən Pərviz Muradov Elşad oğlunun sürücülük hüququ bir il müddətində məhdudlaşdırılaraq, 15 sutka inzibati şəkildə həbs olunmuşdu. BDYP aşağıda təqdim etdiyimiz videodakı qayda pozuntusunu törədən şəxslə də bağlı hansısa tədbir görəcəksə, nəticəsini işıqlandıracağıq. Hələ ki, hər hansı tədbir görüldüyü barədə heç bir məlumat yoxdur.
İmamət İsmayıl Ədilbəyli