Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Daha bir bağçada uşaqlara qarşı vəhşilik - VİDEO

Daha bir bağçada uşaqlara qarşı vəhşilik - VİDEO

Daha bir bağçada uşaqlara qarşı vəhşilik - VİDEO
2025-09-10 , 18:29

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

Yenilik.az xəbər verir ki, görüntüləri İqtisadiyyat.az dərc edib.

Redaksiyaya müraciət edən vətəndaş hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.

O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, - deyə adını açıqlamaq istəməyən valideyn bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.