Yenilik.Az
www.Yenilik.Az » Hadisə » 22 yaşlı Məleykə əməliyyatdan beş gün sonra vəfat etdi: İki azyaşlı qızı olan ananın ölümünə səbəb həkim səhlənkarlığıdır?

22 yaşlı Məleykə əməliyyatdan beş gün sonra vəfat etdi: İki azyaşlı qızı olan ananın ölümünə səbəb həkim səhlənkarlığıdır?

22 yaşlı Məleykə əməliyyatdan beş gün sonra vəfat etdi: İki azyaşlı qızı olan ananın ölümünə səbəb həkim səhlənkarlığıdır?
2025-12-17 , 09:35

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Pravda.az "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da, saat 19 radələrində Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

 
Belə ki, Kürdəmir rayonu, Qarasu kənd sakini, 2003-cü təvəllüdlü Məleykə Müsəllim qızı Nurməmmədova dekabın 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib və həkimlər ona əməliyyat təyin ediblər.
 
Növbəti gün qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da, Məleykə Nurməmmədova dekabrın 16-da, saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib.
 
Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki, ölən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var.
 
Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.