Yenilik.Az
www.Yenilik.Az » İdman » Əla oyun göstərdik - Millimizin baş məşqçisi

Əla oyun göstərdik - Millimizin baş məşqçisi

Əla oyun göstərdik - Millimizin baş məşqçisi
2023-03-28 , 01:22

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində səfərdə İsveçə qarşı məğlubiyyəti şərh edib.

Yenilik.az xəbər verir ki, o, 0:5 hesabı ilə uduzduqları matçdan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:
“İkinci qola qədər oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi. İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız var idi. Heç-heçə edə bilərdik. 70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi. Birinci hissədə topla daha çox oynayırdıq. Onları çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidə idi. Sonlarda 2002-2003-cü il təvəllüdlü uşaqlara şans verdim. Nəticə vacibdir, ancaq komandaya heç nə deyə bilmədim”.
İtalyan mütəxəssis bu məğlubiyyətdən dərs çıxarmalı olduqlarını söyləyib:
“0:2-dən sonra ruhdan düşməməli, davam etməli, inanmalıydıq ki, nəticəni dəyişə bilərik. Daha artığını edə bilərdik. Baxmayaraq ki, rəqib çox güclüdür. Bu oyundan dərs çıxarmalıyıq. Hansı ki, bizim gələcək inkişafımıza kömək edə bilər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.