Yenilik.Az
www.Yenilik.Az » İdman » Güləş tarixində QALMAQALLI QƏRAR - Finalda hər iki idmançı qalib elan olundu - VİDEO

Güləş tarixində QALMAQALLI QƏRAR - Finalda hər iki idmançı qalib elan olundu - VİDEO

Güləş tarixində QALMAQALLI QƏRAR - Finalda hər iki idmançı qalib elan olundu - VİDEO
2023-11-16 , 15:48

Beynəlxlaq Güləş Federasiyası dünya çempionatında 87 kiloqram çəki dərəcəsində finalda qarşılaşan türkiyəli Əli Cengiz və macar David Losonczi arasındakı qarşılaşma ilə bağlı ajiotaj yaradan qərar qəbul edib. 

BAKU.WS xəbər verir ki, yunan-Roma güləşi üzrə 87 kiloqram çəki dərəcəsində final görüşündə iştirak edən hər iki idmançı qalib elan olunublar.
Qeyd edək ki, Macarıstan Federasiyası Beynəlxlaq Güləş Federasiyasına müraciət edib. Federasiya sədri Nenad Laloviçin iştirak etdiyi toplantıda o, güləş tarixində görünməmiş qərar qəbul edib.
İclasda final qarşılaşmasının videoyazısına yenidən baxılıb və rəsmi internet saytında hakimlərin səhvə yol verdiyi və buna görə də hər iki idmançının dünya çempionu elan olunduğu açıqlanıb.
Belə ki, macar idmançının son saniyələrdə türkiyəli rəqibinin kürəyini yer vurması xal kimi qəbul edilib. Hakimlər bu epizodla bağlı düzgün qərar vermədiyi üçün hər iki idmançı sonradan qalib elan olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.