Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
2023-03-27 , 15:32

Xaçmazda hədə-qorxu ilə pul  tələb edən şəxs saxlanılıb.
Yenilik.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən  məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində quldurluq edilməsi ilə bağlı məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini  Abdul Əlislamov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs tanışı E.Kərimovu ötən ilin oktyabr ayında əllərini bağlayaraq fotoşəkillərini çəkib və  yayacağı hədəsi ilə 5000 manat pul tələb edib, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıb.
Araşdırmalar zamanı A.Əlislamovun əmisinə məxsus ov silahını  oğurlaması və qəbiristanlığın həyətindəki ziyarətgahda gizlətməsi də məlum olub.
Həmçinin  məlum olub ki, A.Əlislamov həmkəndlilərinə məxsus iki baş iribuynuzlu heyvanı oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 3200 manat ziyan vurub.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Abdul Əlislamovun barəsində həbs qətimkan tədbiri seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.